Qondarma rejimin törətdiyi TƏXRİBATLAR NƏYƏ HESABLANIB? – TƏHLİL
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun mövqelərinin intensiv atəşə tutulması növbəti təxribatdır. Belə təxribatların isə cılız hərəkətlər olduğu bəllidir və artıq hansısa qeyri-qanuni erməni silahlı dəstələrinin törətdikləri təxribatların nəyə isə təsiri olacağı ermənilərin özlərinə də inandırıcı görünmür. Əksinə, ermənilər özləri də yaxşı başa düşürlər ki, belə təxribat xarakterli addımlar ancaq onların əleyhinədir və bundan sonra bununla nəyə isə ümid etmələri belə mənasızdır.
Diqqəti çəkən ən vacib məqamlardan biri ondan ibarətdir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri məhz Ermənistanın Təhlükəsizlik Şurasının məlum açıqlamasından sonra təxribatlara əl atdılar. Bu məqam onu deməyə əsas verir ki, həmin o qeyri-qanuni silahlı dəstələr birinci növbədə Ermənistandan gələn göstərişləri rədd edirlər. Deməli, həmin o silahlı dəstələrə rəsmi İrəvan belə nəzarət edə bilmir. Əgər onlar İrəvanın qərarlarına, göstərişlərinə məhəl qoymursa, deməli Ermənistandan belə əlləri üzülüb və hansısa dəstəyə belə ümidləri yoxdur. Belə bir vəziyyət isə qeyri-qanuni erməni silahlı dəstələrinin nə dərəcədə çılız və sahibsiz olduğunu isbatlayır.
İrəvandan əlləri üzülən qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun mövqelərini atəşə tutması heç də təsadüfi deyil. Maraqlıdır, 44 gün ərzində Azərbaycan Ordusu qarşısında diz çökən, təslim olan, kapitulyasiya sənədini imzalayan Ermənistanın tör-töküntüləri hansısa təxribatlarla nəyə isə ümid edə bilərmi? Əlbəttə ki, edə bilməz, çünki erməni silahlılarının İkinci Qarabağ müharibəsi zamanı ən qısa zamanda darmadağın edilməsi faktı qarşısında hansısa qanunsuz, qeyri-qanuni silahlı dəstənin nəyə isə ümidi qala bilməz. Elə isə onlar nəyə ümid edə bilərlər və onların belə təxribatları nəyə hesablana bilər?
Hər şeydən əlləri üzülənlər elə zənn edirlər ki, bundan sonra onların itirəcəkləri nə isə qalmayıb. Doğrudur işğal etdikləri torpaqları artıq itiriblər və bu mənada onları başa düşmək olar, amma itirəcəkləri bir şeyin olmadığını düşünməkdə yanılırlar, çünki dəmir yumruq hələ də yerindədir və başlarının tamamilə əzilməsi an məsələsidir. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan torpaqlarını bir də işğal etməyi yuxularında belə görə bilməyəcəklər. Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədiklərini və bundan sonra da dayana bilməyəcəklərini çox yaxşı bilirlər, hətta bunun əksini söyləməyə belə cürətləri çatmır. Yaxşı bilirlər ki, torpaqlar işğalda azad olundu və həmin torpaqlarda indi öz sahiblərinin məskunlaşması üçün şərait yaradılır, quruculuq işləri gedir, infrastruktur layihələri gerçəkləşdirilir və bu reallığı hər kəs qəbul edir. Hər kəs görür və başa düşür ki, həqiqi sahibləri öz torpaqlarını tez bir zamanda cənnət güşəsinə çevirəcək və bu istiqamətdə işlər də uğurla davam etdirilir. Artıq işğaldan azad olunan ərazilərimizdə quruculuq-abadlıq işlərinin getdiyi kimlərinsə yuxusunu ərşə şəkib və bunu həzm edə bilməyənlərin hansısa addımlar atmasının mahiyyəti bəllidir. İşğaldan azad olunmuş ərazilərimizdə gedən abadlıq işlərinin bütün dünyanın diqqət mərkəzində olduğu da günümüzün reallığıdır və bu reallıq onu deməyə əsas verir ki, həmin ərazilərə investisiya axını qarşısıalınmazdır. Çünki artıq bölgədə sabitlik hökm sürür və belə bir vəziyyət məhz investisiya yatırımı üçün çox əlverişli hesab olunur. Məsələ burasındadır ki, həmin o qeyri-qanuni silahlı dəstələr indi də sadəcə olaraq, sabitliyi pozmaq niyyətindədirlər. Əsas niyyətləri sabitliyə xələl gətirməklə nəyə isə nail olmaq, daha doğrusu nəyə isə mane olmaqdan ibarətdir. Sadəcə bunu başa düşə bilmirlər ki, nəyinsə qarşısını almaq artıq mümkün deyil və onlar buna heç nail ola bilməzlər.
Qondarma rejimin “təhlükəsizlik şürası” üzvlərinin 01 avqust 2022-ci il tarixində günorta saatlarında keçirdiyi iclasın ardınca Azərbaycan Ordusunun bölmələrinin guya bir necə istiqamətdən atəş açması barədə bir-birinin ardınca yaydığı məlumatların belə təxribat xarakterli olduğu hər kəsə bəllidir. Hər kəsə bəllidir ki, həmin məlumatlar həqiqəti əks etdirmir və yenə də çaşdırcı məqsəd daşıyır. Məlumatların çaşdırıcı xarakter daşıdığı, yalan olduğu ilk növbədə guya Azərbaycan Ordusunun bölmələrinin səhər saatlarından başlayaraq, qanunsuz dəstə üzvlərini atəşə tutması xəbərində ortaya çıxır, çünki özləri də yaxşı bilirlər ki, belə olsaydı onlar bu barədə dərhal səs-küy qoparar, “məsələni” axşam saatlarına saxlamazdılar. Əgər həqiqətən belə olsaydı qeyri-qanuni erməni silahlıları elə həmin andaca özləri belə haray-həşir salıb bütün dünyanı ayağa qaldırmağa cəhd edərdilər, amma bunun əksi müşahidə olundu, bunun əksi göründü. Göründü ki, onlar yalnız axşam saatlarından başlayaraq, daha dəqiq desək, qondarma rejimin “təhlükəsizlik şurası”nın iclasından bir necə saat sonra etməyə başladılar.
Daha bir düşündürücü məqam qeyri-qanuni erməni silahlı dəstələrinin öz təxribatlarına məhz qondarma rejimin “təhlükəsizlik şurası” iclasından sonra başlamalarıdır. Nəyə görə məhz həmin iclasdan sonra təxribatlara başlanıldı? Bir halda ki, Azərbaycan Ordusunun bölmələrinin səhər saatlarından onları atəşə tutduğunu iddia edirlərsə, nəyə görə axşama qədər gözlədilər? Nəyə görə bu barədə bar-bar bağırmadılar? Niyə dünyaya bu barədə car çəkmədilər? Axı, ermənilər bunu yaxşı bacarırlar və belə bir “şans” onlar üçün göydəndüşmə olardı.
Sözsüz ki, Ordumuzun bölmələrinin onları atəşə tutması barədə uydurduqları yalana ilk növbədə özləri inanmayıblar, əks halda dırnaqarası “Böyük Ermənistan” kimi, status kimi həyasızlığa baş vuranlar bu abırsızlığı da edərdilər. Onlar başa düşürlər ki, genişmiqyaslı təxribatlara başlamaq barədə qərarın həmin o qondarma rejimin “təhlükəsizlik şurası” iclasında verildiyi hər kəs üçün aydındır. Hər kəsə aydındır ki, təxribatlar barədə qərar verən qondarma rejimin “təhlükəsizlik şurasının” məqsədi sabitliyi pozmaq, onların, bütövlükdə separatçıların əleyhində olan prosesə mane olmaqdır.
Əlbəttə ki, qeyri-qanuni erməni silahlılarının bu ümidlərinin də, sabitliyi pozmaq arzularının puç olduğu kimsədə şübhə doğura bilməz. Şübhə yoxdur ki, nəinki hansısa erməni tör-töküntüləri, hətta heç bir qüvvə həmin sabitliyi pozmaq iqtidarında deyil və buna görə bir vətəndaşımızın belə narahatlığı ola bilməz, çünki Azərbaycan Ordusunun qətiyyəti, vətənin keşiyində ayıq-sayıq dayandığı göz önündədir və dəfələrlə öz təsdiqini tapıb. Lakin həmin o erməni tör-töküntüləri, qeyri-qanuni erməni silahlıları nəzərdən qaçırmamalıdırlar ki, törətdikləri təxribatlar Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyinə təhdid yarada bilər və bunun qarşısının alınması üçün dəmir yumruq işə düşər. Əgər bu dəfə həmin o yumruq, onların təxribatlarına cavab olaraq işə düşsə, bu dəfə başlarına endirilsə, şübhəsiz ki, nəticəsi onlar üçün daha ağır, daha acınacaqlı olacaq, sabitlik pozulmayacaq, onların özlərinin halı pozulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB