"Mina sahələri olduqca təhlükəli bir məsələdir" - HƏRBİ EKSPERT AÇIQLADI

"Mina sahələri olduqca təhlükəli bir məsələdir" - HƏRBİ EKSPERT AÇIQLADI

“Azərbaycanda mina təmizləmə ilə bağlı artıq böyük tədqiqat planı həyata keçirilir. ANAMA uzun illərdir ki, mina təmizləmə və döyüş sursatlarının təmizlənməsi ilə məşğuldur”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bu təcrübəsindən başqa ölkələrin mütəxəssisləri də yararlanmağa başlayıb: “Bu sahədə müəyyən görüşlər, məşqlər keçirilib. Əlbəttə, mina sahələri olduqca təhlükəli bir məsələdir. Bu fəaliyyətlə məşğul olan təşkilatlar, qurumlar, şəxslər hər zaman risk altında olur. Düşünürəm ki, mina sahələri çoxsaylı təhlükələrlə doludur. Mina canlı qüvvəyə qarşı istifadə edilən döyüş alətidir.

Bu gün Azərbaycan mina təmizləmə istiqamətində çox böyük təcrübəyə sahibdir. Azərbaycanda mina təmizləmə ilə məşğul olan heyət bilgi cəhətdən də olduqca üstündür. Azərbaycanın mina təmizləmə üzrə mütəxəssisləri dünyanın qabaqcıl mütəxəssislərindəndir. İşğaldan azad olunmuş ərazilərdə mina təmizləmə işləri davam etdirilir. Düşünürəm ki, hər birimiz bu heyətə öz minnətdarlığımızı bildirməliyik. Mina təmizləmə ilə bağlı əlavə tədbirlərə ehtiyac duyulduğu zaman dövlətimiz bunu dərhal təmin edəcək. Azərbaycanın mina təmizləmə ilə məşğul olan qurumları ən son texnologiyalarla təchiz olunub”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə