Rusiya-Ukrayna müharibəsi bir çox münaqişələrə səbəb oldu? - POLİTOLOQ DANIŞDI
“Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Bu müharibənin sonu görünmür. Çünki Ukrayna tərəfi də müharibəni dayandırmaqla bağlı fikirləşdiyini nümayiş etdirmir və Rusiya tərəfi də "xüsusi əməliyyat" adı altına həyata keçirtdiyi kampaniyanı dayandırmaq istəmir. Həmçinin Ukraynaya verilən “HİMARS” raketləri də Ukrayna tərəfini bir qədər gücləndirib və Dombass bölgəsində həyata keçirilən əməliyyatlarda bunu nümayiş etdirir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Politoloq qeyd edib ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovda öz bəyanatında bildirmişdir ki, məhz “himars” raketlərinin Ukraynaya verilməsi Rusiyanın hərbi fəaliyyətini bir qədər də genişləndirəcək. Digər məsələ isə taxıl dəhlizi ilə bağlıdır: “Türkiyə, Rusiya, BMT və Ukrayna tərəfinin birgə fəaliyyəti nəticəsində artıq taxıl dəhlizi üzrə yükdaşıma həyata keçirilir. Bu dünyada ərzaq qıtlığı və kənd təsərrüfatı böhranına bir tövfə olacağını düşünürəm. Bu proses davam etdirilməlidir. Çünki müharibə dünyadakı ərzaq təhlükəsizlik seqmentinə böyük zərbə vurmuşdur. Ümumilikdə dünyada qlobal iqtisadi böhran və inflyasiya müşahidə olunur. Milli dövlətlərin iqtisadiyyatına müharibə mənfi təsir göstərmişdir. Ötən gün ABŞ nümayəndələr palatası spkerinin Tayvana təxribatçı səfəri yeni bir münaqişə formalaşdıra bilərdi. Lakin xoşbəxtlikdən Çin tərəfi ehtiyatlı və müdrik davranaraq bu münaqişə ocağının yaranmasına imkan vermədi. Biz Rusiya-Ukrayna müharibəsinin sona çatmasın arzulayırıq və bu prosesin beynəlxalq hüquq rakursunda həll olunmasının tərəfdarıyıq. Müharibənin heç bir vəclə yaranan problemlərin həlli kimi görmürük. Azərbaycan tərəfi hər zaman sülh çağırışları edir. Müharibənin yaratdığı iqtisadi fəsadlar, humanitar problemlər və digər xoşa gəlməz halların qarşısını yalnız diplomatik, siyasi yollarla almaq mümkündür. Rusiya-Ukrayna müharibəsi də tezliklə sona çatmalıdır. Bu prosesin qarşısını almaq üçün həm siyasi tərəfdən qarantor rolunu oynayan dövlətlər öz ağırlığını ortaya qoymalı, həm də nüvə riskləri kimi neqativ senarilərin qarşısını almaq, 3-cü dünya müharibəsinin yaranmasının bütün elementlərini aradan qaldıraraq predimentiv tədbirlər görmək xarakter daşıyır. Çünki dünyada müxtəlif bölgələrdə münaqişə ocaqları yenidən alovlanır. Rusiya-Ukrayna müharibəsi fonunda, Çin-Tayvan, Kosova-Serbiya, İran-Əfqanıstan və digər prosesləri müşahidə edirik. Ermənistan-Azərbaycan sərhəddində də davamlı olaraq Ermənistan tərfi təxribatlar törədir. Ona görə də bütün sülh ilə bağlı çağırışları birləşdirmək və bu səpkidə işləmək gərəklidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB