"Ermənistan bu hadisəyə görə məsuliyyət daşımalıdır" - SABİQ SƏFİR AÇIQLADI

"Ermənistan bu hadisəyə görə məsuliyyət daşımalıdır" - SABİQ SƏFİR AÇIQLADI

"Artıq 44 günlük Vətən müharibəsindən 2 il ötür. Bu müddət ərzində Prezident İlham Əliyev Erməmistanın baş naziri Nikol Paşinyana hər dəfəsində terror dövlət olmaq əvəzinə bizlərlə qonşu dövlət olmağı bildirib". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, Ermənistan əgər bizimlə normal qonşuluq münasibətləri qursa, biz də bu qonşuluq münasibətlərini davam etdirəcəyik: "10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin imzalanmasından bu günə qədər bir çox Azərbaycan vətəndaşı Ermənistan tərəfinin minaladığı ərazilərimizdə minaya düşərək ya həyatını itirib, ya da ağır xəsarət alıb. Biz dəfələrlə Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməsini tələb etmişik. Prezident İlham Əliyev bununla bağlı dəfələrlə çağırış edib".

Hulusi Kılıç sözlərinə davam edərək həmçinin qeyd edib ki, Ermənistan artıq yeni reallıqları qəbul etməli və bununla yaşamalıdır: "Bildiyimiz kimi ANAMA-nın 3 əməkdaşı minaya düşərək ağır yaralandı. Bu, insanlıq əleyhinə cinayətdir. Azərbaycan vətəndaşının minaya düşərək yaralanıb və ya dünyasını dəyişməsi Ermənistanın günahıdır və Ermənistan bu hadisəyə görə məsuliyyət daşımalıdır. Əgər, Ermənistan bizimlə normal qonşuluq münasibətləri qura bilmirsə, bunun məsuliyyətini daşımalıdır. Biz Ermənistanla sülh bağlamağa hazırıq. Ermənistan sülh müqaviləsi üçün lazımi addımları atmalıdır. Bundan əlavə olaraq Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması Azərbaycan ilə sülh müqaviləsi imzalamaqdan keçir. Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə