"Azərbaycan dövləti hər zaman öz əsgərini diqqətdə saxlayır" - HƏRBİ EKSPERT AÇIQLADI
"Dövlətin müharibə əlillərinə və iştirakçılarına nümayiş etdirdiyi münasibət faktlarla ortadadır". Bu fikirləri SİA-ya açıqlamasında hərbi eskpert Ramil Məmmədli bildirib.
Hərbi ekspertin sözlərinə görə, bununla bağlı uzun danışıb hansısa xüsusi tərif etməyə ehtiyac yoxdur: "Prezident İlham Əliyevin hakimiyyəti dövründə müharibə əlillərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması və onlara ev, maşın verilməsi, həmçinin birdəfəlik müavinətlərlə dəstək göstərildiyinin şahidi oluruq. Şəhid ailələrinə, qazilərə göstərilən diqqət, hörmət göz önündədir. Hesab edirəm ki, bütün bunlar Azərbaycan dövlətinin öz əsgərinə, dəmir yumruğuna göstərdiyi diqqətdir. Qazilərə, müharibə iştirakçılarına, şəhidlərə və şəhid ailələrinə göstərilən diqqət Azərbaycan xalqına və ordusuna olan münasibətin bariz nümunəsidir. Bu proses daha da böyüyəcək və müharibə iştirakçıları xüsusi imtiyaz əldə etməklə həm də öz sərhədlərinin keşiyində dura biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB