“Rusiya prezidenti Vladimir Putin dünyadan tam təcrid olunmuş bir vəziyyətdədir. Onun Lukaşenkodan başqa digər bir siyasi xadimlə ciddi əlaqəsi yoxdur. Çinin rəhbəridə Putinlə telefon əlaqəsi qursa da, bir çox məsələlərdə onun, eyni zamanda Rusiyanın tələblərini qulaqardına vurur. Putinin Ərdoğanla münasibətlərini yaxın münasibət adlandırmaq olar. Misal olaraq Ukrayna taxılının təhlükəsizlik şəkildə ixrac edilməsi barədə təşəbbüsləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, məhz bu məqsədlə Ərdoğan bir sıra danışıqlar prosesi həyata keçirib: “Bu məsələ barədə hərbi nazirlər müzakirələr edərək məsələni araşdırdılar və burda yüklənmiş gəmilərin Qara dənizdən təhlükəsiz şəkildə keçməsi üçün xüsusi saziş imzalandı. Təbii ki, bu gərginliyi yaradan Rusiya idi. Lakin Rusiya Ərdoğanın xahişi və ya təzyiqi ilkə güzəştə getdi. Çünki Rusiyanın özü də dünyaya taxıl eksportunun ən böyük ölkələrindən biridir. Bu kontekstdə həmçinin Rusiya taxılının da müxtəlif yerlərə göndərmək məsələləri qaydaya düşəcək. Artıq taxılla dolu bir gəmi Oddesa limanını tərk edib və onun uğurla təhlükəsizlik xəttini keçdiyi deyilir. Avqustun 5-də Ərdoğanla Putinin görüşü baş tutacaq. Türkiyə Prezidenti Soçiyə səfər edəcək və orada ətraflı danışıqlar aparılacaq.
Görüş barədə bir çox mülahizələr irəli sürülür. Türkiyə uzun müddətdir ki, Rusiya və Ukrayna arasında sülh danışılarının aparılmasında vasitəçi rolunda çıxış edir. Çox güman ki, bu məsələ də görüş zamanı müakirə olunacaq. Əvvəllər Rusiya sülh danışıqlarının başlanılmasına razı olmasa da, son dövrlərdəki bəzi uğursuzluqlardan sonra xüsusilə də Qərbin Ukraynaya daha qorxulu silahlar verməsindən sonra danışıqlar ideyasını ortaya qoydu. Lakin Ukrayna əvvəllər sülh barədə danışıqlara razı olsa da, indi əksinə bu barədə düşnmədiyini bildirir. Əsas səbəbi də Ukrayna torpaqlarının işğal altında olması ilə əlaqəlidir.
Müharibədə strateji dönüş yaranıb. Bu dönüş barədə də Rusiya çox gərgindir. Ərdoğanın bu məsələdə rolu ola bilər. Ərdoğan yeganə prezidentdir ki, həm Putinlə, həm də Zelenski ilə daxili əlaqələri var. Buna görə də Soçi danışıqlarının predimenti olaraq bu iki dövlət arasında olan münaqişə də müzakirə oluna bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB