Britaniya səfiri işğaldan azad olunan ərazilərə gedib

Britaniya səfiri işğaldan azad olunan ərazilərə gedib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Füzuli rayonunun Şükürbəyli kəndinə gedib.

SİA xəbər verir ki, bunu diplomat "Twitter" səhifəsində yazıb.

“Biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik. Azərbaycan-Böyük Britaniya əməkdaşlığını genişləndirmək və riskləri azaltmaq üçün birgə işləyirik. Bizim bu regionun minalardan təmizlənməsinə verdiyimiz dəstək artıq milyon funt-sterlinqdən çoxdur”, - C.Şarp vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə