Ana dili Ulu Öndərin dövlət quruculuğu siyasətinin tərkib hissəsidir

XX əsr ərzində Azərbaycanda dəfələrlə əlifba islahatı həyata keçirilib, xalqımızın milli şüurunun yuyulması məqsədilə elm və təhsil sistemi ağır müstəmləkəçilik siyasətinə məruz qalmışdır. Gizli planlara və məkirli siyasətə rəğmən Azərbaycan dili öz saflığını, təmizliyini qorumuş, hakimiyyətə gələn Ulu Öndər və xalqımızın dahi şəxsiyyətləri Azərbaycan dilinin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Beləliklə, Azərbaycan xalqı öz dilini, milli kimliyini həyata keçirilən islahatlara rəğmən müdafiə etmişdir.
Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq davam edən ardıcıl siyasəti Azərbaycanda milli oyanışına təkan verdi. Ulu Öndər insanlarımıza dövlətçilik düşüncəsi aşıladı və milli kadr potensialının formalaşması üçün Avropada seçilmiş gənclərin təhsilinin davam etdirilməsi üçün maliyyə ayırdı.

Ulu Öndər hakimiyyəti illərində Azərbaycan dilinin inkişafına xüsusi diqqət etmişdir. Ana dili xalqımızın varlığını təsdiq edən başlıca amildir. O, Azərbaycan xalqının milli sərvətidir. Təəssüf ki, zaman-zaman “Sovet xalqı” formalaşdırmaq adı ilə xalqların milli birliyini, kimliyini, dilini, mədəniyyətini yox etməyə yönələn siyasət Azərbaycanda daha ağır həyata keçirilmişdir. Eyni vəziyyət özünü televiziya, radio, radioda göstərirdi. Çox qəribə haldır ki, elə hal formalaşmışdır ki, Azərbaycan dilində danışmaq və rus dilini bilməmək böyük qəbahət hesab olunurdu. Azərbaycan dilini sevən və ona hörmətlə yanaşan Ümumilli lider Heydər Əliyevin dilə olan dəstəyi və münasibəti hər kəsə örnək olmuşdur. Bakı Dövlət Universitetinin 50 illiyində Heydər Əliyevin Azərbaycan dilində nitq söyləməsi o dövr üçün çox böyük hadisə olmaqla yanaşı, Ana dilimizə qarşı olan bütün baryerlərin yıxılmasında ilk addımlar idi. Ulu Öndər öncəliklə ana dilinin sosial-siyasi və ideoloji problemləri ilə məşğul olmuş və aşağıdakı tarixi işləri görmüşdür:

1. Moskvanın bütün etirazlarına baxmayaraq Azərbaycan dili rəsmi olaraq konstitutsiyada öz əksini tapmışdır. Azərbaycan dilinin rəsmiliyi təmin edilmişdir.
2. Azərbaycandilli məktəblərin açılmasına böyük maliyyə ayrılıb, gənclərin ana dilində təhsil almasına üstünlük verilmişdir.
3. Azərbaycan Yazıçılar İttifaqının üzvləri və təmsilçiləri ilə görüşlər həyata keçirilib və Ana dilində yazılmış əsərlərin sayının artırılması və əsərlərin Azərbaycan dilinə köçürülməsi ilə bağlı müzakirələr edilmişdir.
4. Çoxcildlik Müasir “Azərbaycan dili” kitabları yaradılıb və Ali məktəblərdə həmin kitabların tədrisinə başlanılmışdır.
5. Ana dilinin ictimai mövqeyinin yüksəldilməsi ilə bağlı olaraq təşkilatlarda, yığıncaqlarda nüfuzlu şəxslərin Azərbaycan dilində sərbəst şəkildə nitq söyləməsi sərbəst olmuşdur.

1993-cu ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə vəziyyətin stabilləşməsinə nail olur. Onun “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. Beləlilə, 1995-ci ildə qəbul olunan Konstitutsiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Bu qərar Azərbaycan dilinin nüfuzunun artırdı və ana dilinin müstəqil dövlət üçün nə qədər vacib olduğunu göstərmiş oldu. Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasını formalaşdırdı. O, azərbaycan dilinin qeyd-şərtsiz “türk dili” adlandırılmasının əleyhinə idi.

Umummilli lider 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkminləşdirilməsi haqqında” imzaladığı fərman qeyri-hökümət təşkilatlarında Azərbaycan dilini bərpa etdi. 2002-ci il 30 sentyabrda Heydər Əliyev Azərbaycan Respublikasının “Dövlət dili” haqqında qanun qəbul etdi. Nəhayət, 1 avqust qərarı ilə hər il Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Sevindirici haldır ki, Heydər Əliyevin uğurlu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin islahatları nəticəsində Azərbaycan vətəndaşları müstəqil olaraq öz ana dilində təhsil alır, unsiyyət dili kimi hər bir vətəndaş sərbəst şəkildə Azərbaycan dilindən rəsmi və qeyri-rəsmi olaraq istifadə edir.

Vahid Qardaşov
Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühəndisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...