Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 95-ci ildönümü qeyd edilib - FOTOLAR
İyulun 29-da Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 95-ci ildönümü ilə bağlı tədbir qeyd edilib. SİA xəbər verir ki, əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı hərbi attaşesi Vanq Lei Çin ordusunun yaranmasından, ordunun möhkəmləndirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışıb. Bildirib ki, Çin ordusu dünyada sülhün qorunmasına böyük töhfələr verib: “Çin xalqı daim sülhsevərliyi ilə tanınıb. Heç bir zaman hegemonluq fikrində olmayıb. Çin özünə güvənərək özünümüdafiəni ilbəil daha da təkminləşdirir. Çin Silahlı Qüvvələri öhtəsinə düşən vəzifələri layiqincə yerinə yetirir. Dünyada sülh üçün əməli tədbirlər görür”.
Azərbaycan-Çin münasibətlərinə toxunan Vanq Lei qeyd edib ki, iki ölkə arasında əlaqələrin tarixi çox qədim dövrlərə gedib çıxır. Xalqlarımız Böyük İpək Yolu vasitəsilə ticarət əlaqələri saxlayıblar. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. İki ölkə arasında qurulan 30 illik diplomatik münasibətlər Azərbaycan və Çin liderləri tərəfindən daha da inkişaf etdirilir. Hər iki ölkənin Silahlı Qüvvələri arasında olan əməkdaşlıq daha da inkişaf edəcək.
Sonda Çin Silahlı Qüvvələrinin fəaliyyətindən bəhs edən fotosərgiyə baxış olub.
Kəmalə Təyyarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB