"Sülh sazişi ilə bağlı konkret olaraq addımlar atılacaq” - POLİTOLOQ ŞƏRH ETDİ

"Sülh sazişi ilə bağlı konkret olaraq addımlar atılacaq” - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan ilə Ermənistan arasında böyük sülh sazişinin imzalanması müəyyən müddət alacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ilk növbədə Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü 5 təklifi qəbul edərək erməni silahlı birləşmələrini Qarabağdan çıxartmalı, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq verməli, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı faktiki işlər görülməlidir: "Ermənistan tərəfi bütün bunları həll etməlidir. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan görüşəcək. Hazırda Avropa İttifaqının vasitəçiliyi ilə proses davam edir. Bu prosesə həmçinin Vaşinqton da qoşulub. Vaşinqton da Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır və bu xüsusda Nikol Paşinyana müəyyən dərəcədə təlimatlar verilir və danışıqlar aparılır. Düşünürəm ki, gələn il sülh sazişi ilə bağlı konkret olaraq addımlar atılacaq”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə