Azərbaycanın çox böyük perspektivləri və böyük potensialı var ŞƏRH

Azərbaycanın çox böyük perspektivləri və böyük potensialı var ŞƏRH

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycanın daha üç rayonuna yeni icra başçıları təyin edilmişdir. Bununla əlaqədar yeni təyin olunan başçıları qəbul edən dövlət başçısı onlara tapşırıq və göstərişlərini verdi. Çıxışı zamanı ölkə Prezidenti bir sıra önəmli məsələləri önə çəkərək, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edilərək uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıbdır. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Təbii ki, infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməzdir. Ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə elə respublikamızda infrastruktur layihələri icra edilmişdir ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Lerik rayonuna qaz çəkildi. Azərbaycan müstəqilliyə qovuşanda əhalimizin sayı 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu da əlbəttə ki, yeni iş yerlərinin açılması, işsizliklə bağlı mübarizədə də ciddi addımların aparılmasıdır. Hər rayon üzrə kvota vardır. Amma bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənildiyinə görə bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir.

Ən öndə duran məsələ əlbəttə ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməsidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsində və ondan əvvəl şəhid olmuş şəhid ailələrinə və qazilərimizə qayğı göstərilməsi daim diqqət mərkəzindədir. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir və bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcəkdir. Respublikamız ərazi baxımından o qədər də böyük ölkə olmasa da, bizim üçün hər qarış torpaq qiymətli və dəyərlidir. Dövlət tərəfindən sahibkarlığın inkişaf etməsində çox addımlar atılır. İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra bu ədalətsizliyə də son qoyaraq öz gücümüzlə tarixi ədaləti bərpa etdik. Biz müzəffər xalq kimi ləyaqətlə yaşayırıq, bütün imkanlar vardır. Təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. Çox qürurveridicidir ki, bu gün Azərbaycan necə sürətlə inkişaf edir. Azərbaycan müstəqil dövlət olaraq bundan sonra əlbəttə ki, bizim uğurlu inkişafımıza kölgə salmasına heç vaxt imkan verməyəcəkdir.

Bəhruz Ramazanov

YAP Qusar rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə