Regionların sosial-iqtisadi inkişafı dövlətin strateji xəttidir ŞƏRH

Regionların sosial-iqtisadi inkişafı dövlətin strateji xəttidir ŞƏRH

Cari ilin iyul ayının 25-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Masallı, Lerik və Goranboyun icra başçılarını qəbul edərkən qeyd etdiyi məsələlər ölkənin iqtisadi inkişafının konsepsiyasını təşkil edir. İlk növbədə, Cənab Prezident yeni struktur və kadr islahatlarını önə çəkərək, bu istiqamətdə institusional inkişafı qeyd edərək, bundan sonra ölkədə islahatların davam edəcəyini bəyan etdi. Bir neçə ildir ki, ölkəmizdə yeni kadr siyasəti regionların iqtisadi inkişaf proqramı ilə ardıcıl həyata keçirilir. Bu da ölkəmizin bütün parametrlərlə inkişafına təkan verir. Cənab Prezident İlham Əliyev dövlət məmurlarının xalqa xidmətini, korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da kəskin mübarizə aparılacağını vurğuladı. Demək, dövlətin yeni strateji planında xalq hakimiyyət birliyi daha da inkişaf etməli və yerli icra orqanları məhz xalqın yanında olmalı, onların problemlərinin həllinə isti yanaşmalıdırlar. Cənab Prezident İlham Əliyevin qeyd etdikləri, praktiki olaraq həyata keçirilir və bu istiqamətdə ciddi irəliləyişlər nəzərə çarpır.

Həmçinin şəhid ailələri və qazilərlə bağlı məsələlərə diqqət çəkərək, dövlətin onların yanında olmasını dəqiq statistik rəqəmlərlə qeyd etdi. Bu, onu göstərir ki, dövlət başçısı hər bir şəhid ailəsinə xüsusi həssaslıqla yanaşır və onların mənzil-sosial və məişət şəraitinin yaxşılaşdırılmasını dövlətin sosial siyasətində ən ümdə vəzifə olduğunu vurğuladı. Bu da yerli icra orqanlarına bir nümunədir və buarda cənab prezident hər bir məmurun şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırmalarının vacibliyini tapşırdı. Birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarına dövlət qayğısının artırılması, onların qarşısında duran vəzifə olduğunu göstərdi. Göründüyü kimi, dövlət öz qazilərinə və şəhid ailələrinə sahib çıxır və ən xırda problem aşkar olduqda həll edilməsinin zəruri olduğu qeyd edilir. Bundan əlavə, regionlarda əhalinin sosial -iqtisadi vəziyyəti, məmurların hər bir vətəndaşı diqqətlə dinləməsi və onların qayğısına qalması tapşırıldı. Bu gün regionların inkişafı dövlət proqramları çərçivəsində icra edilir. Qeyd edim ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin regionlarının "2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamından irəli gələn məsələlər həll edilməlidir. Bu illər ərzində regionlarda bir çox infrasturuktur layihələr həyata keçirilib, əhalinin məşğulluğu artırılıb, yeni iş yerləri açılıb, əhalinin gəlirləri əhəmiyyətli dərəcədə artıb. Dünayada yaşanan infilyasiya fonunda ölkədə ərzaq və digər sahələrədə sabitlik qorunub saxlanılır və əhalinin demoqrafiq vəziyyəti normal istqamətdə davam edir. Dövlət proqramına uyğun olaraq regionlarda turizmin inkişafı, kənd təsərrüfatı və yüngül sənayenin inkişaf istqamətində tapşırıqlar verildi. Dövlət başçısı ölkəmizin regionda aparıcı ölkə olmasını, post-münaqişə dövrünə uyğun olaraq ölkənin nəqliyyat, enerji sahəsində təkcə regionun deyil, beynəlxalq müstəvidə Azərbaycanın rolunun artırılmasını diqqət çəkdi. Bu istiqamətdə Azərbaycana daxil olan maliyyə əhalinin rifahının yaxşılaşdırılmasına və yeni iş yerlərinin yaradılmasına sərf edilir.

Bu Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində respublikamızın bütün rayonlarında geniş abadlıq-quruculuq işləri həyata keçirilib. Böyük infrastruktur layihələri icra edilib və uzun ilər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıb. Rayonların sosial-iqtisadi inkişafına böyük töhfə verilib. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, çoxlu sayda məktəblər inşa edilib. Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. Bu, onu göstərir ki, sözdə deyil, real olaraq addımlar atılır və ölkəmiz günü-gündən inkişaf edir.

Nicat İsmayılov

YAP Yasamal rayonu “Akim Abbasov küç. 73E” ünvanı üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə