"Bu gün Azərbaycan-Aİ münasibətləri çox yüksək səviyyədədir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Bu gün Azərbaycan-Avropa İttifaqı münasibətləri çox yüksək səviyyədədir. Bunu son görüşlər, səfərlər göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının Komissiyasının sədri Ursula von der Leyenin Azərbaycana səfəri və əldə olunmuş razılıqlar, digər bir tərəfdən Azərbaycanın nümayəndə heyətinin Avropa İttifaqına səfərləri, dialoqların yüksək səviyyədə olması və bu dialoqlar arasında əldə olunan razılaşmalar, sənədlər, mühüm qərarla münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Bu da onu göstərir ki, Azərbaycan da Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır: "Azərbaycan etibarlı enerji təminatçısı qismində illər boyu çıxış edib. Hazırda Avropa İttifaqı çox ciddi enerji böhranının astanasındadır. Artıq bu böhranı yaşayır. Bu böhrandan çıxış yolu yalnız Azərbaycan kimi etibarlı tərəfdaşlarla münasibətlərin qurulmasından keçir.
Bundan əlavə olaraq, nəqliyyat infrastrukturun istifadəsi üçün atılan addımlar da çox önəmlidir. Yəni Avropa İttifaqı bu infrastrukturu istifadə etmək niyyətindədir. Bu, infrastruktur Avropa İttifaqını təkcə Cənubi Qafqaz ölkələri ilə yox, eyni zamanda Mərkəzi Asiya ölkələri ilə birləşdirir. Digər bir tərəfdən Azərbaycan tranzit imkanları və iqtisadi potensialı Avropa ilə birgə layihələrin həyata keçirilməsinə imkan verir. Bu da Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqu yüksək səviyyəyə gətirib çıxardır”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB