"Azərbaycan Avropa İttifaqı üçün dəyərli bir dövlətdir" - PARTİYA SƏDRİ AÇIQLADI

"Azərbaycan Avropa İttifaqı üçün dəyərli bir dövlətdir" - PARTİYA SƏDRİ AÇIQLADI

"Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen ilə keçirdiyi görüş təkcə Azərbaycan üçün deyil, həmçinin bütün dünya üçün mühüm əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, bu görüş və imzalanan memorandum Azərbaycanın dünya üçün nə qədər mühüm əhəmiyyətə malik olduğunu bir daha sübut etdi: "Eyni zamanda Azərbaycanın və onun dövlət başçısının nə qədər müstəqil siyasət yeritdiyini bir daha hər kəsə nümayiş etdirdi. Məlumdur ki, Ukraynadakı hərbi əməliyyatlarla bağlı Avropa rus qazından imtina etmək istəyir. Söhbət 155 milyard kub-metr qazdan gedir və bunun bir hissəsini – 12 milyard kub-metrini Azərbaycandan almaq istəyir. Təbii ki, gələvəkdə bunun həcmini artırmaq imkanları mövcuddur. Azərbaycanın bu memorandumu imzalaması bir daha göstərdi ki, Azərbaycan Prezidenti nə qədər cəsarətli, proqmatiq siyasətçidir. Prezident İlham Əliyev Heç kimdən çəkinmədən yalnız Azərbaycanın dövlət maraqlarını və Azərbaycan xalqının maraqlarını əsas götürərək cəsarətli addımlar atmağa qadir olan bir dövlət başçısıdır. Avropa İttifaqı ilə əlaqələr son dövrdə çox sürətlə inkiçaf edir. Gedən proseslər göstərir ki, bu, hələ son deyil. Azərbaycan Avropa İttifaqı üçün dəyərli bir dövlətdir. Avropa İttifaqı Komissiyası Prezidentinin verdiyi bəyanat bunu bir daha bütün dünyaya nümayiş etdirdi".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə