"Prezidentin etimadını doğrultmaq hər bir təyin olunan şəxs üçün şərəf məsələsidir” - DEPUTAT ŞƏRH ETDİ
"Prezident İlham Əliyevin Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul etməyi və cəmiyyətə açıq bildirməsi artıq dövlətçilik ənənəsi halını alıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, həmin sahə üzrə Prezident görülən işlərdən, problemlərdən danışdı: "Eyni zamanda qarşıya çox ciddi vəzifələr qoydu. Dövlət başçısı üç rayona icra başçısı təyin edərkən bəzi icra başçılarının göstərilən etimadı doğrultmadığını xüsusilə vurğuladı. Onlar vətəndaşların problemlərini həll etmək, dövləti, Prezidenti yerlərdə layiqincə təmsil etmək əvəzinə, əksinə qanunsuz şəkildə maddi vəziyyətlərini yüksəltməyə üstünlük verirlər. Əlbəttə bu heç də diqqətdən kənarda qalmır və 8 nəfərə yaxın icra başçısının tutularaq məhkəmə qarşısına çıxarılması dövlətin bu cür hallara heç bir zaman göz yummayacağını göstərir. Prezident İlham Əliyev təyin edilənlərə vəzifələrinə məsuliyyətlə yanaşmalarını, vətəndaşların problemlərini diqqətə götürmək və onun həlli üçün maksimum səy göstərməyə çağırdı.
Ölkə başçısı bu gün hər bir vəzifəli şəxs ilk növbədə vətəndaş üçün çalışmalı olduğunu öz tövsiyələrində qırmızı xətt kimi keçirdi. Görünən odur ki, ölkə başçısı ayrı-ayrı sahələr üzrə müfəssəl məlumata malikdir. Ümid edirik ki, üç rayon üzrə təyin edilən şəxslər yüksək etimadı doğruldacaqlar və olduqları rayonlarda iş yerlərinin açılması, insanların sosial məsələlərin həll edilməsi, rayonların simasının dəyişdirilməsi üçün ciddi işlər görəcəklər. Prezidentin etimadını doğrultmaq hər bir təyin olunan şəxs üçün böyük bir şərəf məsələsidir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB