YAP Quba rayon təşkilatının əməkdaşları şəhid Nuran Mirzəyevin ailəsini ziyarət etmişlər FOTOLAR
27 iyul 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Quba rayonunun Qımıl kəndindən olan şəhidimiz Mirzəyev Nuran Akif oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət etmişlər. Görüşdə Nuran Mirzəyevin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib. Təşkilat sədri dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açaraq qeyd edib ki, Cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Nuran Mirzəyev Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. 2020-ci il oktyabrın 19-da növbəti döyüşlərin birində minaya düşərək həyatını itirsə də, bütöv bir bölüyü xilas etmişdir. Döyüş yoldaşlarının dediklərinə görə, bölüyün önündə gedən Nuranın qışqıraraq əsgərlərə tez geriyə çəkilin, ərazi minalanıb deməsi onları mina partlayışından xilas edib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Nuran Mirzəyev ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, " Cəbrayılın azad olunması görə”, ”Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Nuran Mirzəyev 2020-ci il oktyabr ayının 21-də Qımıl kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi Nuran. Qımıl kəndində onun xatirəsinə həsr olunmuş “Şəhid bulağı” kompleksi yaradılıb. Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olan bütün Şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq. Məkanları cənnət, ruhları şad olsun. Nə qədər ki, Azərbaycan xalqı yaşayır, bu Vətən yolunda canını qurban vermiş övladlarını heç zaman unutmayacaq, onların əziz xatirəsini qəlbində daim yaşadacaqdır.
Allah bütün Şəhidlərimizə rəhmət etsin!
Nəzakət
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB