Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul zamanı onlara öz tövsiyə və tapşırıqlarını verdi. Prezident xüsusi olaraq vurğuladı: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar”. Prezident çox böyük təəssüf hissi ilə bildirir ki, bəzi məmurlar verilən tövsiyələrdən nəticə çıxarmamış, bunun da acısını çəkirlər. Diqqət çəkən məqam Prezidentin: “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz” – fikri, ölkə başçısının ən xırda detallara xüsusi diqqət ayırdığından xəbər xəbər verir. Əslində, ölkə başçısının rayonlara və digər strukturlara təyin etdiyi hər bir rəhbər şəxs Prezidentin səalhiyyətli nümayəndəsi kimi onun tövsiyələrini rəhbər tutaraq hər bir fərdin qayğısına qalmalı, problemlərin böyüməməsi üçün var qüvvəsi ilə çalışmalıdır. Bunun üçün kifayət qədər resurslar var, sadəcə olaraq, insani keyfiyyətlər bu məsələdə xüsusi önəmə malikdir. Vətəndaş dərdini deyə bilməyəndə, üzləşdiyi problemdən çıxış yolu üçün məsləhət ala bilməyəndə bunun fəsadları daha böyük olur. Azərbaycanda ASAN xidmət sistemi tətbiq edilibsə, digər strukturların fəaliyyətində də buna bənzər fəaliyyət sistemini yaradıb, vətəndaşların problemlərinin çözülməsinə nail olmaq mümkündür. Sosial ədalət varsa, vətəndaş narazı qalmayacaq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, ölkə rəhbərliyinin xarici, daxili siyasətini dəstəkləyir. Prezident İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələrinin daim diqqət mərkəzində saxlandığını, müharibə əlillərinə xüsusi diqqət ayrıldığını, onların məişət problemlərinin dövlət tərəfindən yerinə yetirildiyini, bu işdə yerli məmurların qüsursuz fəaliyyət göstərməli olduqlarını bildirib. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. Bu proses davam etdirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar. Bu tövsiyələrə əməl etmək hər bir məmurun ümdə borcu olmalıdır. Unutmaq olmaz ki, 30 ilə yaxın əsarət altında olan torpaqlarımızın azad olunmasında o qəhrəman qardaşlarımızın xüsusi xidmətləri olub. Vətənini sevən, hər bir insan şəhid ailələrinin və qazilərin qarşısında borcludur, bu borcun ödənilməsi mümkün deyil, sadəcə olaraq, hərəkətlərimizlə o insanlara təsəlli ola bilərik.
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB