Ölkə rəhbərinin təyin etdiyi dövlət məmurları etimadı vətənə sədaqətlə sübut etməlidirlər ŞƏRH
Azərbaycan Respublikasının idarəetmə siteminə uyğun olaraq ölkəyə rəhbərliyi xalq tərəfindən seçilmiş Prezident edir. Ölkənin ərazi vahidlərinin bölgüsünə uyğun olaraq, şəhər və rayonlara ölkə rəhbərliyi tərəfindən təyin olunmuş icra başçıları rəhbərlik edirlər. Hər bir icra başçısı fəaliyyət göstərdiyi müddət ərzində daim insanlarla sıx təmasda olmalı, hər bir vətəndaşın problemini öz problemi bilərək yaxından maraqlanmalı və həlli istiqamətində müvafiq köməklik göstərməlidir. İcra başçıları iş prosesində tam şəkildə sosial ədalət prinsipinə əsaslanmalıdır. Bu gün Azərbaycan qalib ölkədir. Şanlı Zəfər qələbəsi ilə bitən 44 günlük haqq savaşında ölkəmizin hər bir bölgəsindən minlərlə könüllü gənc vətənin müdafiəsi uğrunda döyüşə qatıldılar. Onlardan ən uca zirvə sayılan şəhidlik zirvəsinə qovuşan, həmçinin sağlamlığını qismən və yaxud tam itirən qazilərimiz, müharibə iştirakçılarımız oldu. Qeyd olunan vətən igidləri ölkəmizin müxtəlif şəhər və rayonlarındandır. İcra başçıların üzərinə düşən əsas məsələ də, şəhid ailələri və qazilərə, eyni zamanda müharibə iştirakçılarına olan diqqət və qayğını göstərməkdir. Şəhid ailələri isə xüsusi nəzarətdə saxlanılmalıdır. Ölkə rəhbərliyinin vurğuladığı kimi, nəinki vəzifəli şəxslər, hər bir vətəndaş Şəhid və Qazilərə borcludur. Çünki onlar qorxmadan vətənin müdafiəsi uğrunda öz canlarını fəda ediblər. Heç bir kəs unutmamalıdır ki, işğaldan azad edilmiş ərazilərimizə bayrağımızı sancan bizim igid və qəhrəman əsgər, zabit və komandirlərimiz olmuşlar. Yaxın keçmişdə biz bir neçə rayon icra başçılarının qanunsuz hərəkətlərinə görə həbs olunmasının şahidi olduq. Öz şəxsi nüfuzundan və həmçinin vəzifə səlahiyyətlərindən istifadə edərək fəaliyyət göstərdiyi şəhər və rayonlarda sahibkarlıq subyektlərinin qarşısında müəyyən qanunsuz tələblərin qoyulması yolverilməzdir. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmalı, görülən işin müqabilində təmənna güdülməməlidir. Ölkə rəhbərinin etimadı olubsa, icra başçısı dövlətə və xalqa, şərəf və ləyaqətlə xidmət etməlidir. Əks təqdirdə, qanun qarşısında cavab verməli olacaqlar.
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB