Meymunçiçəyi dünyanı cənginə alır TƏHLİL

Meymunçiçəyi dünyanı cənginə alır TƏHLİL

Peyvəndlənmə cəmiyyətləri və iqtisadiyyatı qorumaq üçün yeganə optimal yoldur

COVİD-19 adlı bu bəladan dünyanın bütün dövlətləri həm maddi, həm də, mənəvi böyük xəsarətlər almaqdadır. Dünyanın iqtisadi, siyasi və hərbi gücünə görə seçilən dövlətlərinin hamısı bu virusun acı nəticələrini yaşadı və bu gün də davam etməkdədir. 2020-ci il bütün dünyanı, o cümlədən ölkəmizi çətin sınaq qarşısında qoydu. 2019-cu ilin dekabrında Çində başlayan Covid-19 pandemiyası tezliklə bütün dünyaya yayıldı və dünya dövlətlərini sınağa çəkdi. Pandemiya başlayana qədər dünyanada etalon sayılan, qabaqcıl səhiyyə sisteminə malik Almaniya, İtaliya, Fransa kimi ölkələr pandemiya qarşısında çətin durumda qaldı, tibbi ləvazimat, xəstəxanalarda yer çatışmazlığı, xəstələr arasında çoxsaylı ölüm halları humanitar fəlakət həddinə çatdı. Bu ölkələrdə xəstəxanalarda yer qıtlığı və tibbi personalın çatışmazlığı bütün xəstələrə lazımi tibbi köməyin göstərilməsinə imkan vermədi. Baş verən hadisələr bir daha göstərdi ki, dünyanı bürüyən bəlaların öhdəsində yalnız birlikdə gəlmək mümkündür. Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyevin mövcud vəziyyətlə əlaqədar çoxsaylı ikili videokonfrans formatında görüşlər keçirmiş, dünya dövlətlərini ortaq düşmənlə mübarizədə vahidlik, birlik nümayiş etdirməyə çağırmışdı. Türk Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşü xüsusi əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən irəli sürülən təklif yüksək qiymətləndirilərək qəbul edilmişdir. Ölkə başçısının həmrəylik və birlik çağırışı eyni zamanda insan amilinə verilən dəyərin bariz nümunəsi, ölkəmizin humanizim siyasətinin əsasıdır. Bu günə qədər 30-dan çox ölkəyə müxtəlif səpkidə köməyini əsirgəməyən Azərbaycan yenə də kömək əlini uzatmağa hazır olduğunu bəyan etdi. Ermənistandan fərqli olaraq Azərbaycan bütün dünya üçün sülhün və ədalətin tərəfdarı kimi çıxış edərək insanlığın xilası missiyasını üzərinə götürdü. Məhz buna görə də bu gün dünya birliyi özü Azərbaycanla əməkdaşlığa böyük həvəs göstərir. Bu günün vəziyyəti yenə də ürəkaçan deyil. Bu gün bütün dünya ölkələri böyük bir gərginliyin qarşısında müəyyən qədər çətin, müəyyən qədər əzablı bir durumla qarşı - qarşıya dayanıb. Bütün ölkələr yayılmış bu virusun yoxluğunu təmin etməyə çalışır.

HƏR BİR VƏTANDAŞ HƏMRƏYLİK NÜMAYİŞ ETDİRDİ

Ölkəmizin böhranla mübarizədə nəticələri deməyə əsas verir ki, Azərbaycan xalqı, dövləti, xalq-iqtidar öz sözünü demiş oldu. Vurğulamaq yerinə düşər ki, dəfələrlə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında, xalqla bir başa görüşlərində Azərbaycanda aparılan sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının dayandığını ifadə etmişdir. Virusla bağlı böhran ortaya çıxanda da biz bunun şahidinə çevrildik. Pandimiyanın ilk günlərindən ölkə rəhbəri Cənab İlham Əliyevin çevik qərarları və tapşırıqlarıya bu bəlanın ilkin mərhələsindən müsbət nəticələr əldə etdik. Demək, hər bir vətandaş bu dönəmdə həmrəylik nümayiş etdirib, eyni fikri bölüşdü və dövlət siyasətinə dəstək oldu. Bu gün də belədir. Dövlətin verdiyi qərarlara insanlar əməl edirlər. Bu, vətəndaşın öz Liderinə olan inamının ifadəsidir.
Ölkəmizin böhranla mübarizədə nəticələri deməyə əsas verir ki, Azərbaycan xalqı, dövləti, xalq-iqtidar öz sözünü demiş oldu. Vurğulamaq yerinə düşər ki, dəfələrlə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında, xalqla bir başa görüşlərində Azərbaycanda aparılan sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının dayandığını ifadə etmişdir. Virusla bağlı böhran ortaya çıxanda da biz bunun şahidinə çevrildik. Prezidentin təşəbbüsü ilə 2020-ci ilin mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrıldı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın öz əmək haqlarını bu fonda köçürmələri bir nümunəyə çevrildi. Dövlət başçısının bu çağırışına ölkəmizdən və dünyada yaşayan azərbaycanlılardan dəstək gəldi. Vaxtında ölkədə xüsusi karantin rejimi yaradılması digər ölkələrdə olan faciəvi sonluqların vətənimizdə yaşanmasının qarşısını aldı. Prezident İlham Əliyevin koronavirusla mübarizə məqsədilə modul tipli xəstəxanaların tikilməsi haqqında Sərəncamı xəstəxanaların çarpayı ehtiyatını artırmağa böyük kömək oldu. Ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar peşəkar həkim personalı ilə koronavirusla mübarizə üçün hazır vəziyyətə gətirildi. Ən mühüm addımlardan biri isə qısa müddət ərzində tibbi vasitə müəssisələrinin fəaliyyətə başlaması oldu. Artıq dezinfeksiya vasitələri, tibbi maskalar, həkimlərin geyindiyi xüsusi geyim və kombinezonlar öz ölkəmizdə istehsal olunur.

"OMİKRON" ŞTAMMININ YÜKSƏK DƏRƏCƏDƏ YOLUXUCU ALT NÖVLƏRİ YAYILIB

Bütün bu qabaqlayıcı tədbirlərə baxmayaraq, 10.000 (on min) yaxın insan bu virusun qurbanına çevrildi. Əlbəttə ki, bu göstərici dünya ölkələri ilə müqayisədə daha az itki deməkdir. Dünya insanı bu virusla vidalaşmaq istərkən yenidən həyəcan təbilləri çalındı. "Omikron" ştammının yüksək dərəcədə yoluxucu alt növlərinin yayılması fonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı Qlobal Vaksinasiya Strategiyasının yenilənmiş versiyasını dərc edib. COVID-19-a qarşı vaksinlərin tətbiq edilməsinin ilk ilində 19,8 milyon insanın həyatını xilas etməyə nail olunub. Dünya üzrə 12 milyarddan çox doza istifadə edilib ki, bu da ölkələrə orta hesabla əhalisinin 60 faizini vaksinasiya ilə əhatə etməyə imkan verib.
Bununla belə, aşağı gəlirli ölkələrdə yaşlı insanların yalnız 28 faizi və tibb işçilərinin 37 faizi ilkin vaksinasiyadan keçib. 27 ölkədə hələ ki, "buster" və ya əlavə doza kampaniyasına başlanılmayıb, onlardan on biri aşağı gəlirli ölkələrdir.
Yenilənmiş strategiya ölüm və ağır xəstələnmə hallarını azaltmaq üçün ilkin və buster dozaların istifadəsini təklif edir. Strategiya əvvəlki kimi hər bir ölkədə əhalinin ən azı 70 faizinin peyvənd edilməsinə istiqamətlənir. Lakin ilk növbədə tibb işçilərinin 100 faizini və əhalinin ən həssas təbəqələrinin, o cümlədən yaşlıların (60 yaşdan yuxarı) və immun sistemi zəifləmiş və ya yanaşı xəstəlikləri olan insanların 100 faizini peyvənd etmək lazımdır. "Ən çox risk altında olanların hamısının peyvənd olunması həyatları xilas etmək, səhiyyə sistemlərini müdafiə etmək və cəmiyyətləri və iqtisadiyyatı qorumaq üçün yeganə optimal yoldur", - deyə ÜST-nin baş direktoru Tedros Qebreyesus bildirib. Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 807 min 963, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 365 min 3, ikinci mərhələ üzrə 4 milyon 857 min 242, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 332 min 374, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 253 min 344-dür.

YENİ NÖV VİRUS YENƏ DƏ BİZİMLƏ BƏRABƏR YAŞAYIR

Ölkəmizdə qabaqlayıcı tədbirlərin nəticəsi olaraq yoluxma sayı bir və ya iki rəqəm üzrə dəyişirdisə, bu gün üç rəqəmlidir. Gün ərizində 300-dən artıq yoluxma qeydə alınırsa, bir daha məsuliyyətli olaq. Onu da qeyd edək ki, son iki həftə ərzində qonşu Türkiyə, İran, Gürcüstan və Rusiyada koronavirusa yoluxanların sayında əhəmiyyətli dərəcədə artım qeydə alınıb. COVID-19 virusunun yeni mutasiyalarının meydana çıxması ilə onun klinik mənzərəsi çox da dəyişməyib. Mütəxəssislərin qənaətinə görə, bu, qızdırma, zəiflik, baş ağrıları və əzələ ağrısı, qarın ağrısı və ishaldır. Bunun qarşısını almaq üçün əllərin tez-tez və düzgün yuyulması, sosial məsafənin saxlanması, insanların sıx toplaşdığı yerlərdə, xüsusən, qapalı məkanlarda və ictimai nəqliyyatda maskaların taxılması, otaqların tez-tez havalandırılması vacib tövsiyələrdən biridir. Unutmayaq, yeni növ koronavirus yenə də bizimlə bərabər yaşayır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə