“Korrupsiyaya bulaşmış məmuru geci-tezi cəza gözləyir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlar ancaq yeni təyin olunmuş icra başçılara yox, bütün məmurlara aiddir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, hər bir məmur xalqa xidmət etməli və insanların məmnunluğunu qazanmalıdır: “Təbii ki, xalqın məmnunluğunu qazanmış məmur ölkə başçısının da etimadını doğrultmuş olur. Çox təəsüf ki, bəzi hallarda təyin olunmuş dövlət vəzifəsinə təyin olunmuş məmurlar ölkə başçısının etimadını doğrultmurlar və ona görə onların barəsində tədbir görülür”.
Deputat sözlərinə belə davam edib: “Cənab Prezidentin tapşırıqları bütün icra başçıları üçün yol xəritəsi olmalıdır. İcra başçıları insanların arasında olmalı, qazi, şəhid ailələri ilə görüşməli və onları narahat edən məsələlərin həll edilməsinə çalıışmalıdırlar.
Rəhbərlik etdiyi rayonun iqtisadi potensialından düzgün və səmərəli istifadə edilməsi üçün tədbirlər görməlidir. Rəhbərlik etdiyi rayona investisyalar cəlb etməli, sahbkarlığın inkişafına kömək göstərməli, yeni müəsisələrin açılmasına və insanlar üçün yeni iş yerlərin yaradılmasına çalışmalıdır.
O cümlədən tikintilərin aparılmasında qanunun tələbləri gözləməli və hər bir tikinti obyekti öz təyinatı üzrə müəyyən olunmuş torpaqlarda apaırlmalıdır.
Cənab Prezident tapşırıqları verir və sonra yoxlayır. Harda qanun pozuntuları və xalqı narazı salan məmur müəyyən olunursa dərhal cəzalandırılır. Son vaxtlar korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində icra başçılar və digər yüksək vəzifə daşıyan məmurlar cəzalandırılmışdır. Hər bir məmur başa düşməlidir ki, korrupsiyaya qarşı mübarizə kompaniya xarakterli deyil. Bu mübarizə tədbirləri mütəmadi davam etdiriləcəkdir. Hardasa bir dövlət məmuru vəzifə səlahiyyətlərindən suiistifadə edərək korrupsiyaya əl atıb pul qazanmaq istəyirsə birinci növbədə hüquq mühafizə orqanları gözünün önünə gətirməlidir. Çünki, korrupsiyaya bulaşmış məmuru geci-tezi cəza gözləyir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB