Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi, müddətdən artıq hərbi xidmət edən kəşfiyyatçı Mirzəyev Elçin Maqsud oğlunun ailəsi ziyarət olunub. Təşkilat nümayəndələri şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şəhidlərimzin qanları, canları hesabına geri qaytarılan torpaqlarımızı və onların bizə əmanət etdikləri yadigarlarını, övladlarını göz bəbəyimiz kimi qorumaq bizim vətəndaşlıq, insanlıq borcumuzdur. Onlar öz vətənpərvərlik borclarını qətiyyətlə, böyük əzmlə yerinə yetirdilər. Şəhidlərimizin qanı ilə alınan torpaqlarda bu gün üç rəngli bayrağımız qürurla dalğalanır. Vətən uğrunda şəhidlik məqamına yüksələn şəhidlərimizin qəhrəmanlıqları, fədakarlıqları heç zaman unudulmayacaq. Şəhidin həyat yoldaşı göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Mirzəyev Elçin Maqsud oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB