YAP Binəqədi rayon təşkilatı sədrinin ərazi partiya təşkilatının üzvləri ilə görüşü keçirilib FOTOLAR

YAP Binəqədi rayon təşkilatı sədrinin ərazi partiya təşkilatının üzvləri ilə görüşü keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun H.Ağamalıyev küçəsi 5 ünvanlı ərazi partiya təşkilatının üzvləri ilə görüşü keçirilib. Görüşü giriş nitqi ilə açan Vüsar İsmayılov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, dövlətimizin bütün sahələrdə davamlı və dayanıqlı inkişafını təmin edən siyasi strategiyadan bəhs edib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara imza atdığını, iqtisadi, siyasi, sosial, mədəni həyatda qazanılan nailiyyətlərə diqqət yönəldib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki tarixi qələbəmiz barədə fikirlərini qeyd edərək, ordumuz tərəfindən işğal altındakı torpaqlarımızın azad edilməsini misli görünməmiş qəhrəmanlıq salnaməsi adlandırıb. Ordumuzun vətənpərvərliyinin və peşəkarlığının əsl nümunə olduğunu qeyd edib. V.İsmayılov çıxışının davamında partiyanın ötən ilin mart ayının 5-də keçirilən VII qurultayında qəbul edilən qərarlara toxundu, ölkəmizdə həyata keçirilən islahatlara paralel olaraq partiya daxilində aparılan uğurlu islahatlardan danışıb. Rayon təşkilatının sədri çıxışının sonunda rayon təşkilatının fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışaraq, ərazi partiya təşkilatının üzvlərinə tövsiyələrini verib. Onları daha fəal olmağa, partiyanın fəaliyyətində yaxından iştirak etməyə çağırıb. Görüşdə ərazi partiya təşkilatının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, ərazi partiya təşkilatının üzvləri Leyli Tahirova, Səadət Abbasova və başqaları çıxış edərək, təşkilatın fəaliyyəti və keçirilən görüşlər barədə məlumat veriblər, fikirlərini və təkliflərini bölüşüblər. Onlar partiya rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək, bu cür görüşlərin onların fəaliyyətinə əlavə stimul olduğunu bildiriblər. Görüş birgə fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə