"Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə tezliklə nail olur" - DEPUTAT ŞƏRH ETDİ
"Bu gün Azərbaycan xalqı öz sevincli günlərini yaşamağa davam edir. Artıq Qarabağa ilk köç başladı". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Zəngilan rayonu Ağalı kəndinin sakinləri öz dədə-baba yurdlarına köçdülər: "Azərbaycan xalqı uzun illərdir ki, səbrsizliklə bu günü gözləyirdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan qısa müddət ərzində Qarabağda böyük yenidənqurma və bərpa işlərinə başladı. İlk “ağıllı kənd” layihəsinə başlandı. Bu gün biz artıq Zəngilanın Ağalı kəndinin sakinlərinin öz dədə-baba yurdlarına qayıdışının şahidi olduq. Bu onu deməyə əsas verir ki, Azərbaycan qısa bir zamanda Qarabağı bölgənin ən abad ərazisinə çevirəcək və işğal altında qalan digər ərazilərimiz işğaldan azad olunacaq. Əlbəttə bu hər bir azərbaycanlını sevindirir. Çünki biz 30 ildir ki, bunu gözləyirdik. Artıq digər bölgələrimizdə də quruculuq-abadlıq işləri sürətlə davam edir. Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə tezliklə nail olur".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB