YAP Bərdə rayon təşkilatının əməkdaşları qazi Fariz Hümbətovun ailəsində olmuşlar FOTOLAR

YAP Bərdə rayon təşkilatının əməkdaşları qazi Fariz Hümbətovun ailəsində olmuşlar FOTOLAR

YAP Bərdə rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 22 iyul Milli Mətbuat və Jurnalistika gününə həsr edilmiş tədbirdən sonra YAP Bərdə rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin kollektivi rayonun media nümayəndələri ilə birlikdə Zümürxan kəndində yaşayan Vətən müharibəsi əlili Hümbətov Fariz Əlövsət oğluna baş çəkmiş, ailəsində olmuşlar. Qazi ilə görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbədən danışmış, torpaqlarımız məhz Fariz kimi igidlərin sayəsində işğaldan azad olundugunu önə çəkmişdir. Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, YAP Bərdə rayon təşkilatının təlmatçısı Əlövsət Məmmədov, media nümayəndələri Vüsal Rafiqoğlu, Zahir Süleymanov, Əbülfət Mirzəyev və başqaları Fariz kimi Qəhrəman oğullarımızla qürur duyduqlarını söyləmişlər.

Vətən müharibəsi əlili Hümbətov Fariz Əlövsət oğlu 4 il idi ki, “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə qulluq edirdi. Vətən müharibəsi başlayan ilk gündən Fariz Talış, Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə tankçı olaraq iştirak etmişdir. Muharibənin son günlərində ayaq, əl və kürək nahiyəsindən ağır yaralanmışdır. Dövlət tərəfindən qayğı nəticəsində bu gün həyatdadır. “YAŞAT” Fondundan Fariz Hümbətovun ailəsinə mənzil şəraitinin yaxşılaşdırılması üçün 10 min manat köməklik edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Fariz Hümbətov “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Görüş zamanı qazi Fariz Hümbətov Vətən müharibəsi zamanı olduğu döyüşlər haqqında danışmış, anası Nubar xanım və atası Əlövsət əmi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya şəhid ailələri, müharibə əlilləri və içtirakçılarına göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarıqlarını bildirmişlər. Sonda tədbir iştirakçıları qazi Fariz Hümbətov və ailəsi ilə birlikdə şəkil çəkdirmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə