“Bunlar Azərbaycanın inkişafını istəməyən qüvvələrdir” – DEPUTATIN ŞƏRHİ

“Bunlar Azərbaycanın inkişafını istəməyən qüvvələrdir” – DEPUTATIN ŞƏRHİ

“Azərbaycan daim inkişafdadır. Və bu inkişafın əsası, təməli xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin dövlət idarəetməsində həyata keçirdiyi çevik islahatlar, düşünülmüş siyasət sayəsində qoyulub. Ermənistan tərəfindən ərazilərimizin 20 faizinin o dövrdəki AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, yarıtmazlığı ucbatında itirilməsi də bu inkişafı dayandıra bilmədi. Xalq öz liderinə inandı, onun ətrafında sıx birləşdi. Bu birlik, monolitlik olmasaydı, ölkəni xalqı öz arxasınca apara bilən Heydər Əliyev kimi Lider hakimiyyət sükanını əlində möhkəm saxlamasaydı indiki Azərbaycanın varlığından, mövcudluğundan söhbət gedə bilməzdi. Bəli, Azərbaycan bu gün nəinki Cənubi Qafqazın, o cümlədən regionun ən sürətli inkişaf edən ölkəsidir. Lakin bu inkişafdan hən daxili, həm də xarici düşmənlərimiz çox narahatdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Azərbaycanda baş verən inqilabi dəyişiklikləri, inkişafı görməzdən gələnlər və bu tərəqqini qəbul etmək istəməyən qüvvələr arasında daxili siyasi auditoriyalarmizdakılar da var: “Onların heç bir siyasi konsepsiyası yoxdur. Onlar gündəmə gəlmək, diqqət mərkəzinə çevrilmək üçün qeyri-normal üsullardan istifadə edir, təkliflər səsləndirirlər. Müxalifət düşərgəsini təmsil edən Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərlərinin bəzi xarici qüvvələr tərəfindən maliyyələşdirildikləri hər kəsə məlimdur və həmin dairələrin tapşırığı ilə gündəmdə qalmaq və müxalifətçilik rolunu oynamağa davam edirlər. Onların dövlətin, xalqın inkişafı və tərəqqisində heç bir maraqları yoxdur. Daxildəki qüvvələr xaricdəki havadarları ilə birləşməsində əsas məqsəd də Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaqdır. Amma düşünmürlər ki, Azərbaycan 1990-cı illərin zəif dövləti deyil, onun üzərinə kölgə salmaq üçün çox nəhəng olmalısan. Halbuki, həmin qüvvələrin özləri kimi, kölgələri də çox cılız və zəifdir. Azərbaycan dövlətinin inkişafı və beynəlxalq aləmdə artan nüfuzu göz qabağındadır. Ümumiyyətlə, bu gün müxalifətin istəyi ancaq özlərini reklam etmək və bir müddət gündəmdə qalmaqdır. Lakin hər dəfə də olduğu kimi, bunların bütün atdığı addımları fiaskoya uğrayır. Bu gün müxalifətin özü də çox yaxşı bilir ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Sadəcə olaraq, bu şəxslər sosial şəbəkələrdə qərəzli, çirkin mövqelərlə çıxış etməklə gündəmdə qalmağa çalışırlar. Əminliklə deyə bilərəm ki, bundan sonrada ictimaiyyət onlara dəstək verməyəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə