"Yenidən müharibə istəyən Ermənistan öz niyyətinə çata bilməyəcək" - POLİTOLOQ DANIŞDI

"Yenidən müharibə istəyən Ermənistan öz niyyətinə çata bilməyəcək" - POLİTOLOQ DANIŞDI

“Ümumiyyətlə Ermənistan hökuməti müharibədən sonra birmənalı olaraq riyakar siyasət yürütməklə məşğuldur”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən münaqişənin tam həlli ilə bağlı konkret və ciddi addımlar atılmır: “2 ilə yaxındır ki, Ermənistan Müdafiə Nazirliyinin I Əlahiddə ordusu hələ də Qarabağda dislokasiya olunur. Həmin ordunun çıxarılması ilə bağlı fikir səsləndirilsə də real addımlar atılmayıb. Bu məsələnin bir tərəfidir. Digər məsələ isə odur ki, Ermənistan Müdafiə Nazirliyinə bağlı olan hərbi birləşmələr çıxarılanda hansı formada bu proses baş verəcək? Onların teknikaları da çıxarılacaqmı? Məndə olan məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin yalnız şəxsi heyəti həmin ərazini tərk edəcək. Qarabağdakı silah, hərbi texnika erməni silahlı birləşmələri tərəfindən separatçı qüvvələrə təhvil verilir. Bu beynəlxalq ictimaiyyəti aldatmaq, 2020-ci il 10 noyabr bəyanatına riayət etməmək deməkdir. Ermənilər ümumiyyətlə Xocalı, Ağdərə istiqamətində, həmçinin Xocasənd, Qırmızıbazar istiqamətində erməni silahlı birləşmələrinin dislokasiyasını davam etdirir. Bu bölgədə sülh müqaviləsinə zidd məsələdir. Hesab edirəm ki, Ermənistan bölgədə yenidən vəziyyəti gərginləşdirmək istəyir. Yenidən müharibə istəyən Ermənistan öz niyyətinə çata bilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə