Yasamalda şəhid Nurlan Mustafayevin doğum günü münasibətilə məzarı ziyarət olunub FOTOLAR
Yasamal rayon icra hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Yasamal rayon ictimaiyyəti tərəfindən II Fərxri Xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamlet oğlunun doğum günü münasibəti ilə məzarı ziyarət olunub. Daha sonra şəhidin doğum günü münasibətilə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Mustafayev Nurlan Hamlet oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB