Azərbaycanla Avropa İttifaqı arasında siyasi əməkdaşlıqda yeni bir mərhələ başladı ŞƏRH

Azərbaycanla Avropa İttifaqı arasında siyasi əməkdaşlıqda yeni bir mərhələ başladı ŞƏRH

Azərbaycan Avropa əlaqələri 1996-cı ildən xalqımızın ulu öndəri Heydər Əliyevin prezidentliyi dönəmində 8 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi başladı. Məhz həmin ildən başlayaraq ölkəmiz Avropa ilə sıx siyasi əməkdaşlıq edir. Bu illər ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında bir çox sahələrdə müqavilələr imzalanıb və ölkəmiz regionda Avropanın əsas strateji tərəfdaşı olub. Qeyd edim ki, Avropa İttifaqının bir çox təşkilat və qurumlarında Azərbaycan təmsil olunur. Avropa şurası, Avropa parlamenti, Avropa Komissiyasvə digər qurumlarla indiyə qədər əməkdaşlıq ikitərəfli əlaqələrin inkişafına söykənib. Ölkəmizin əsas siyasi-iqtisadi və enerji əməkdaşlığı məhz Avropa ittifaqı ikitərəfli müqvilələrə əsaslanaraq yüksək səviyyədə davam edir. Məhz Avropa İttifaqına daxil olan təşkilatlar müxtəlif illərdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ədadlətli qərarlar qəbul edib.

Təbii ki, bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin nəticəsidir. Avropa Şurası, Avropa Parlamenti və Avropa Kommisiyası bu gün Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar. Avropa rəsmilərinin Azərbaycana mütəmadi səfərləri, verilən bəyanatlar bunu deməyə əsas verir ki, ittifaq ölkımizlə gələcəkdə də əməkdaşlığı inkişaf etdirəcək. Bu gün Avropanın enerji bazarında böhran Brüsselin alternativ enerji mənbələri axtarmasına səbəb olub. Məhz Azərbaycan bu gün Cənubi Qaz boru kəməri və onun əsas seqmenti olan TAP qaz kəməri Avropanın bir hissəsini mavi yanacaqla təmin edir. İldə 10 milyard və növbəti ildə 20 milyard qazın Avropaya tədarükü nəzərdə tutulur. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Azərbaycana səfəri enerji sahəsində memarandumun bağlanması, artıq, Avropanın baxışını Azərbaycana çevirdi. Ölkəmiz cənab prezident İlham Əliyevin siyasəti nəticəsində Avropanın enerji bazarında əsas rol almaqla, İttifaqın etibarlı və strateji tərəfdaşına çevrilib. Əminliklə deyə bilərik ki, bu gün Avropa Azərbaycan müttəfiqliyi başlanıb və ölkəmiz bundan sonra Cənubi Qafazda öz geosiyasi mövqeyinin güclənməsi üçün istifadə edəcək.

Azərbaycan həm də Şərq Tərəfdaşlığı çərçivəsində İttifaqla əməkdaşlıq edir. Məhz bu format çərçivəsində Azərbaycana 2 milyard avro vəsaitin ayrılması gözlənilir. Avropa ittifaqı Azərbaycan əlaqələri yeni bir mərhələyə qədəm qoyub. Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan yeni bir müttəfiq qazandı. Bu da bizə imkan verəcək ki, regionda sülhün əldə edilməsində Brüsselin dəstəyini alaq. Ermənistanla sülhün əldə edilməsi istiqamətində bu ölkəyə təzyiqlər etmək üçün bu gün Avropa İttifaqı Azərbaycanı dəstəkləyəcək. Artıq ölkəmizin siyasi-iqtisadi bir müttəfiqi var və indiyə qədər erməni lobbisinin Avropada anti-Azərbaycan siyasətinə son veriləcək. Bu gün Azərbaycan Avropanı soyuqdan donmaqdan xilas edir, Avropanı Şərqlə quru yolla birləşdirir. Belə bir etibarlı tərəfdaş 21-ci əsrdə nadirdir. Bunu Avropaı İttofaqının rəsmiləri də etiraf edir. Cənab prezident onlara əsas etibarlı tərəfdaş olduqlarını xüsusi qeyd etdi. Avropa İttifaqında Cənubi Qafqaza baxdıqda, Azərbaycanı görəcəklər və ölkəmizə tam dəstək verəcəklər. Bundan sonra Avropa parlamentinin erməni lobbisinin təhriki ilə anti-Azərbaycan qətnamələri qəbul edilməyəcək. Azərbaycan dünyanın siyasi mərkəzi ilə eyni addımlamağa başlayıb və etimadını qazanıb.

Nicat ismayılov

YAP Yasamal rayon “EmbaFinans QSC” üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə