Cari ilin birinci yarısında ölkəmizdə sahələr üzrə aparılan islahatlar, yürüdülən həm daxili, həm də xarici siyasət sahəsində bütün parametrlər üzrə uğurlara imza atılmışdır. Eləcədə beynəlxalq arenada artan nüfuz, xüsusilə COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq ictimayyətə göstərilən dəstək, Qoşulmama Hərakatının fəaliyyətinə verilən töhvələr ötən altı ayın nailiyyətləri sırasındadır. Müharibədən yenicə çıxmış dövlətdə qeyd etdiyim uğurların əldə olunması dünya tarixində nadir hadisələrdəndir. Belə ki, II Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında dövlət-xalq birliyinin nəticəsi olaraq əldə olunmuş tarixi qələbə, postmüharibə dövründə yeni-yeni uğur və nailiyyətlər üçün stimul oldu. Bütün sahələrdə əldə olunmuş yeniliklər daha yüksək templə inkişaf etdirildi. Baxmayaraq ki, son illər həm də bütün dünyanı, o cümlədən ölkəmizi narahat edən COVİD-19 pandemiyası ilə mübarizə illəri kimi də tarxdə qalacaq. Beləliklə, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan iqtisadiyyatı və uğurla həyata keçirilən həm daxili, həm də xarici siyasət strategiyası nəticə etibarilə bütün inkişaf istiqamətləri üzrə tarixi nailiyyətlərin əldə olunmasına imkan və şərait yaratdı. Həm II Qarabağ müharibəsi nəticəsində əldə olunan uğurla tarixi qələbənin iştirakçısı və şahidi olduq, həm də pandemiyaya qarşı uğulu mübarizə nümunəsi yarada bildik.
Müharibədən ötən 1 il 8 ay ərzində ölkə miqyasında görülmüş işlərin həcminə nəzər saldıqda demək olar ki, bu müddət ərzində ötən hər günün tarixi əhəmiyyəti vardır. Eləcə də cari ilin yanvar-iyun ayları ərzində dövlət rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında görülmüş işlər, həyata keçirilmiş tədbirlər, icra olunmuş layihələr sübut edir ki, Respublikamız uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələr icra edilir. Nəticə etibarı ilə bu aylar ərzində ölkəmizin dünyada nüfuzu artmış, beynəlxalq arenada Azərbaycanın rolu yüksəlmiş, həmrəyliyə və köməyə ehtiyacı olan ölkələrə göstərilmiş dəstəyə, xüsusilə humanitar və maliyyə dəstəyinə görə təkcə ayrı-ayrı dövlətlərdə və cəmiyyətlərdə deyil, eyni zamanda beynəlxalq təşkilatlarda dövlətimizə olan inam və etibar yüksəlmişdir. Bu sırada Azərbaycanın Qoşulmama hərəkatındakı, Türk Dövlətləri dövlət başçılarının eləcə də Xəzəryanı dövlətlərin dövlət və hökumət başçılarının toplantılarındakı iştirakı, mədəniyyət paytaxtımız olan Şuşa şəhərində beynəlxalq səviyyəli silsilə tədbirlərin təşkili, Bakı şəhər halqası 2022-ci il Formula 1 Azərbaycan Qran-prisinin keçirilməsi kimi əhəmiyyətli tədbirlər, beynəlxalq arenadakı idman yarışlarında ard-arda əldə olunan uğur və nailiyyətlər məhz bu inamı və etibarı yaradan və möhkəmləndirən amillərdir.Burada dünya nəhəngi olan Amerika Birləşmiş Ştatları və Avropa siyasətini yönəldən Avropa ittifaqı ilə sıx və səmimi münasibətlərin inkişafınıda qeyd etməmək olmaz.Ötən yarımil ərzində Ermənistan Azərbaycan əlaqələrində sülh istiqamətində bəzi irəliləyişlər olsa da, real nəticələr əfsus ki, hələ də yoxdur.Lakin mövqelərin konkret ifadə olunması və bundan ötrü qarşı tərəfə real təkliflərin edilməsi baxımından uğurlar da əldə edilmişdir. Belə ki, qeyd olunan təkliflərin Ermənistan tərəfindən qəbulu, delimitasiya üzrə işçi qrupunun yaradılması və sülh təşəbbüslərinə müsbət yanaşma bu sahədə əldə olunan nailiyyətlərdəndir.
Hərbi təhsildə islahatlar, yeni hərbi kontraktların imzalanması, yüksək texnoloji imkanları olan silahların alınması, Komando hərbi hissələriin yaradılması, minlərlə şəhid və qazi ailələrinə mənzillərin, avtomobillərin verilməsi, qazilərin sağlamlığının bərpası və sosial reablitasiyası, reablitasiya mərkəzlərində qazilərin ən yüksək texnoloji üstünlükləri olan pratezlərlə təminatı bu kateqoriyadan olan insanlar üçün məşğulluq marafonlarının təşkili də ötən ayların əldə olunan uğurlarıdır. Heç şübhəsiz ki, əldə olunan bütün uğurların başlıca meyarı həm də uğurlu iqtisadi siyasət, iqtisadiyyatın ümumi həcminin artımıdır.Təsadüfi deyil ki, cari ilin ilk altı ayı ərzində xarici invesitorların ölkəmizə marağı artmış, xüsusilə də Qarabağ və Şərqi Zəngəzura investisiya yaratmaq istəyənlərin sırası genişlənmişdir.Tranzit yüklərin, xüsusi Xəzər dənizi üzərindən yükdaşımalarının həcmindəki artım təkcə regionda deyil, bütövlükdə Avrasiya məkanında Azərbaycanın əhəmiyyətini artırır. Əldə olunan nailiyyətlər sırasına ərzaq təhlükəsizliyinin aradn qaldırılması ilə əlaqədar məsələləri, işğaldan azad edilmiş ərazilərdə görülən və görülməkdə olan işləri, həyata keçirilən layihələri də əlavə etməklə deyə bilərik ki, öz inkişafının sürətli mərhələsinə qədəm qoymuş Azərbaycan iqtisadiyyatı əldə olunan bütün uğurların əsasən insan kapitalına, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəltmişdir.Hər bir cəmiyyətdə olduğu kimi təssüf ki, Azərbaycan cəmiyyətində də bəzən kölgə iqtisadiyyatı, korrupsiya halları aşkarlanır ki, bu kimi hallarda görülən işlərə, həyata keçirilən islahatların ruhuna ziddir. Lakin bu neqativ hallara qarşı davamlı mübarizə aparılır. Iqtisadiyyatda şəffaflığın təmin olunmasından ötrü həyata keçirilən tədbirlərin nəticəsidir ki, təkcə cari ilin I yarısında büdcə daxil olmaları proqnozdan 2 milyard manat artıq olmuşdur. Heç şübhəsiz ki, cəmi altı ay ərzində qeyd olunan naliyyətlərin əldə olunması çevik iqtisadi və siyasi fəaliyyətin, dövlət idarəçiliyi sahəsində operativliyin təminatının və əlbətdə ki, öncədən müəyyən müəyyən olunmuş stratejiyanın bəhrələridir. Böyük inam hissi ilə deyə bilərik ki, möhkəm təmməllər üzərində qurulmuş Azərbaycan dövlətinin həm ölkə daxilində, həm də beynəlxalq arenada əldə etdiyi uğur və nailiyyətləri davamlı olacaqdır.
Kamil Qurbanlı,
Yeni Azərbaycan Partiyası Biləsuvar
rayon Təşkilatının sədri.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB