“Dağıdıcı müxalifətin hərəkətləri düşüklük və zəiflik əlamətidir” AÇIQLAMA
“Dağıdıcı müxalif ünsürlər siyasi meydanda siyasi mübarizəni çoxdan uduzublar. Bunların heç bir siyasi konsepsiyası yoxdur. Bu baxımdan, onlar gündəmə gəlmək, diqqət mərkəzinə çevrilmək üçün anormal vasitələrdən istifadə edirlər”. Bunu Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müxalifət düşərgəsini təmsil edən Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri bəzi xarici qüvvələr tərəfindən maliyyələşirlər və onların tapşırığı ilə gündəmdə qalmaq və müxalifətçilik rolunu oynamaqdan ötəri çirkin vasitələrə əl atırlar: “Bu faktdır ki, daxili və xarici qüvvələr Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşırlar və uğurlarımıza kölgə salmaq istəyirlər. Amma nə xarici qüvvələrin, nə də ki, müxalifətin ölkəmizlə bağlı məkrli planları baş tutmayacaqdır. Çünki Azərbaycan dövlətinin inkişafı və beynəlxalq aləmdə artan nüfuzu göz qabağındadır. Ümumiyyətlə, bu gün müxalifətin istəyi ancaq özlərini reklam etmək və bir müddət gündəmdə qalmaqdır. Müxalifət reallığı özündə əks etdirməyən fikirlər səsləndirərək özlərinin varlıqlarını ortaya qoymağa çalışırlar. Müxalifətin hərəkətləri düşüklük və zəiflik əlamətidir. Lakin hər dəfə də olduğu kimi, bunların bütün atdığı addımları fiaskoya uğrayır. Bu gün müxalifətin özü də çox yaxşı bilir ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Sadəcə olaraq, bu şəxslər sosial şəbəkələrdə qərəzli, çirkin mövqelərlə çıxış etməklə gündəmdə qalmağa çalışırlar. Əminliklə deyə bilərəm ki, bundan sonrada ictimaiyyət onlara dəstək verməyəcək. Bu inkişafdan narahat olan qüvvələr isə hay-küy salıb, uğurlara kölgə salmağa çalışırlar. Yəni müxalifət qüvvələri milli maraqlara əks addımlar atırlar. Təəssüflər olsun ki, müxalifət qüvvələri Azərbaycanı istəməyən qüvvələrin maraqlarına xidmət edirlər. Amma onların nə deməsindən və nə etməsindən asılı olmayaraq bu qüvvələr heç nəyə nail olmayacaqlar. Müxalifətin iflası qaçılmazdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB