Azərbaycan müstəqil dövlət olaraq 120 ölkə arasında böyük nüfuza malik olmuşdur ŞƏRH
Çox sevindirici haldır ki, ölkəmiz 120 dövlətin təmsil etdiyi və dünyada BMT-dən sonra ən nüfuzlu təşkilat olan Qoşulmama Hərəkatına 2 il əvvəl sədr seçildi. Eyni zamanda sədrliyi yekdil qərarla bir il də uzadıldı. Bu onu göstərir ki, Azərbaycan bu müddət ərzində 120 ölkə arasında böyük nüfuz qazanıb. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi pandemiya dövrünə düşsə də bu müddət ərzində Azərbaycan çox işlər gördü. Ehtiyac içində olan ölkələrə maliyyə dəstəyi, 80-dən çox ölkəyə humanitar yardım göstərdi. Bu dəstək, bu humanistlik sayəsində ölkəmizin nüfuzu və ölkəmizə olan inam beynəlxalq arenada daha da artdı. Azərbaycan Qoşulmama Hərəkatının instruksional inkişafına böyük töhfə verdi.
Ölkəmizin atan önəmli addımlardan biri bu il Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Azərbaycan artıq bütün ölkələrlə, hər sahədə əlaqələr yaratmağa çalışaraq Avropa İttifaqı ilə əlaqələrin gələcək inkişafı ilə əlaqədar müzakirələr aparır. Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq. Qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi də Azərbaycan üçün həmişə prioritet məsələlərdən sayılıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkəmiz hər zaman fəallıq göstərmişdir. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır. Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında işgüzar əlaqələrin yaradırması ilə bağlı da önəmli addımlar atılır. Amerikanın və Azərbaycanın yüksək vəzifəli şəxsləri, səlahiyyətli nümayəndələri biri-birinə səfər edir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Azərbaycan Prezidentinə iki dəfə məktub-təbrik göndərmişdir. Bu, onu göstərir ki, Amerika kimi bir ölkə Azərbaycanı tanıyır, onun parlaq gələcəyinə inanır.
Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, hələ real bir nəticələr yoxdur. Vətən müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Müharibənin başa çatmasından 1 il 8 ay ötməsinə baxmayaraq, Ermənistan tərəfi sərhədlərin delimitasiyası ilə bağlı heç bir iş görmək istəmir. Son zamanlar Ermənistan yenidən status məsələsinə toxunmağa başlayıb. Halbuki, Ermənistan məğlub olandan sonra kapitulyasiya aktına imza atanda Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyi arasında şifahi razılaşma olmuşdu ki, Ermənistan bir daha status məsələsinə toxunmayacaqdır. Azərbaycan xalqı mərd və döyüşkən xalqdır olaraq heç vaxt öz tarixi torpaqlarından keçməyəcəkdir. Xalq Ali Baş Komandanımız İlham Əliyev cənablarına inanır və hər an Ali Baş Komandanının əmrinə tabe olaraq doğma vətənini qorumağa hazırdır.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB