Lerikin Vıjaker kəndində şəhid İlham Şərifovun xatirəsinə inşa edilən bulağın açılışı olub FOTOLAR

Lerik rayonun Vıjaker kəndində I Qarabağ müharibəsi şəhidi Şərifov İlham Sahib oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub. Açılış mərasimində Lerik ryon ira hkimiyyətinin başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Milli Məclisin deputatı İqbal Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, kənd sakinləri iştirak etmişlər. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsi anıldıqdan sonra söz tədbir iştirakçılarına verilib. Mərasimdə çıxış edənlər şəhid Şərifov İlhamın 1-ci Qarabağ müharibəsində düşmən üzərində göstərdiyi tarixi qəhrəmanlıqdan onun keçdiyi şərəfli döyüş yolundan söz açıblar. Sonda şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə