Prezidentin müşavirədəki çıxışı ilə əlaqədar düşüncələr

Prezidentin müşavirədəki çıxışı ilə əlaqədar düşüncələr

Hər il olduğu kimi bu il də iyulun 15 də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva, Baş Nazir Əli Əsədov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov və başqaları iştirak edirdilər.Həmişə olduğu kimi bu müşavirədə də dövlətimiz, xalqımız üçün vacib olan məsələlər hərtərəfli müzakirə olunmuş, Prezidntimiz tərəfindən son altı ayda Respublikada görülən işlər barədə hesabat verilmiş, gələcəkdə görüləcək planlardan danışılmışdır.

Məlumat verilmişdir ki, ölkəmiz son altı ayda uğurla inkişaf edir və qarşıya qoyulam bütün istiqamətlər üzrə vəzifələri icra edir. İlk öncə ölkəmizin beynəlxalq nüfuzundan söz açılmış, Qoşulmama Hərəkatındakı uğurlar söylənilmiş, Azərbaycanın bu təşkilatda sədrliyi 2023-cü ilə qədər uzadılması vurğulanmışdır. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması olmuşdur.

Qeyd edilmişdir ki Azərbaycan beynəlxalq arenada öz sözünü deyən öz sözünə sadiq bir ölkədir. Azərbaycan pandemiya dövründə xüsusən də xəstəliyin şiddətləndiyi dönəmdə 80 dən çox ölkəyə yardım əlini uzatmışdır.Prezident vurğulamışdır ki Avropa Şurası ilə Azərbaycan arasinda əlaqələr son zamanlar güclənməkdədir və bu axınlarda enerji təhlükəsizliyi ilə bağlı mühüm bir sənəd bu yaxınlarda imzalanacaq.

Həmçinin türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır. Bundan başqa. Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün zəmin yaradır.Prezident vurğulamışdır ki son zamanlar Amerika Birləşmiş Ştatları ilə də əlaqələr güclənir son altı ayda iki dəfə Amerika Prezidenti Bayden Azərbaycana məktub göndərmiş, Müstəqillik günü və Bakı Enerji həftəsinin açılışı ilə əlaqədar təbrik məktubları əlaqələrimizin dinamik inkişafının təcəssümüdür.

Müşavirədə diqqət yetiriləsi vacib məqamlardan biri də Azərbaycan- Ermənistan münasibətləri olmuşdur.. Prezident müharibədən 1 il 8 ay keçməsinə baxmayaraq Ermənistanın üzərinə götürdüyü öhtəliklərin yerinə yetirilməməsindən narahatlığını ifadə etmişdir. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib, Lakin 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb.Buna baxmayaraq Ermənistan tərəfi öhtəliklərin yerinə yetirilməsindən qaçır.Bir çox hallarda görüləcək işlər yubadılır. Bu azmış kimi Ermənistanda hansısa statusdan danışırlar. Prezident vurğuladı ki statuus haqqında mən hələ o vaxt çıxışlarımda söyləmişəm.Status məsələsi ortaya çıxsa bizim də Zəngəzur problemimiz var və biz də statusdan danlışa bilərik. Və Ermənistan əgər statusdan danışsa bu onun üçün acınacaqlı sonluqla bitə bilər.Bəzən Minsk qruppasından da danışırlar amma buna ehtiyac yoxdur 28 il ərzində bu qrupun görə bilmədiyi işi Azərbaycan ordusu 44 günə gördü.

Prezident müşavirədə ordu quruculuğu məsələsinə də diqqət arılmış, bildirilmişdir ki artan imkanlardan istifadə edərək ordumuzun maddi -texniki bazasını möhkəmlədərək daha müasir silahlar alınması nəzərdə tutulub və hərbi xərclər artıb.
Görüşdə müharibə də şəhid olanların ailələrinə o cümlədən qazilərin sosial problemlərinin daim dövlət qayğısı ilə əhatə olunması vurğulanmışdır. Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib, O cümlədən reabilitasiya mərkəzlərinin yaradılması da vurğulanıb. Müşavirədə bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə yeni evlər, infrastruktur qurulur. Artıq insanların bu ərazilərdə məskunlaşdırılmasına başlanacaq.Müşavirədə diqqət yetirilən məsələlərdən biri də iqtisadiyyat və iqtisadi artıma yönəldi. Qeyd olundu ki İqtisadiyatın güclənməsi siyasi müstəqillik üçün də əsasdır.Son altı ay ərzində vergilər sahəsində şəffaflıq artırılmış,büdcəyə əlavə gəlirlər daxil olmuşdir. eyni zamanda təkcə neft sektoru deyil digər sahələrin də inkişaf etdirilməsi iqtisadiyyatımızın inkişafına səbəb olmuşdur. Müşavirədə Azərbaycanda enerji imkanlarinin olması bir çox ölkələr üçün də önəm daşıdığı vurğulanıb.Son ilyarım ərzində 9 su elektrik stansiyası tikilib ki bu da hasil olunan enerjinin xarici ölkələrə ixracina imkan verəcək.

Avropa tərəfindən Azərbaycana yeni lahiyə verilmişdir.. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və Azərbaycan bu layihəyə maraq göstərir. Bu sahədə çox böyük perspektivlər var.Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir

Son 6 ayda nəqliyyat sahəsində də artım müşahidə olunub belə ki Tranzit yüklərin dsaşınma həcmi artmışdır. Qeyd olunmuşdur ki, gəmiqayırma zavodu tam gücü ilə işləməlidir. Zavod lazımi qədər gəmi, tanker, bərə istehsal etməlidir. İldə 6 tanker - bərə, yük gəmisi istehsal oluna bilər. Bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda, tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz - açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik. Müşavirədə işğal olunmuş ərazilərin tikintisinin planlı şəkildə icrasi haqqında danışandan sonra əsas məsələlərdən biri də ərzaq təhlükəsizliyi məsələsinin vacibliyidir. Yaranmış vəziyyətlə əlaqədar vurğulanmışdır ki, hazirda, Azərbaycan da taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir. Suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək. İçməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var.

Müşavirədə vacib məsələlərdən biri də kadr hazırlığı məsələsi olduğu vurğulandı və bunun üçün xarici aparıcı ali məktəblərdə Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması proqramı yenidən işə salınıb. Prezidentimiz sonda şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatı ilə mübarizə məsələlərinə də diqqət göstərmişdir. Vurğulanmışdır ki bu sahədə bir tərəfdən uçot nəzarət ən qabaqcıl texnologiyalarin tətbiqi ilə yanaşı kadrların düzgün seçilməsi onların vicdanlılığına diqqət yetirilməlidir.
Müşavirədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov,da çıxış etmiş öz sahələrində aparılmış işlərdən danışmışlar.

Sonda Prezident yekun nitq söyləmişdir. Bu çıxışda Qarşıdan gələn ayların iqtisadi,siyasi proqnozların tövsiyələri verilmişdir. Dünyada gedən prosesləri ciddi təhlil edən Prezident baş verən qlobal tənəzzül yaxud neftin qiymətində baş verən dəyişiklik barədə tövsiyələrini hökumətin nəzərinə çatdırmış baş vermiş təhlükələrdən çıxma yolları göstərilmişdir. Müşavirəni Prezident bu sözlərlə bitirdi. "Gələn il görüləcək işlər əminəm ki, ölkəmizi daha da gücləndirəcək. Biz verdiyimiz bütünn vədlərə həmişə sadiq olmuşuq, vədlə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik-bütün sahələrdə, o cümlədən iqtisadivə sosial sahədə. Əminəm ki,biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq,istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın".

Xalqımız bütün vətəndaşlarımız əmindir ki, keçirilən bu müşavirə uğurların sadalanması ilə yanaşı perspektivlər, imkanlar, hədəflər baxımından da tarixi proqram xarakteri daşıyacaq, qloballaşan çətin dünyamızda Azərbaycanın inkişaf yolunu işıqlandıracaq.

Elçin Əliyev

26 № li məktəbin tarix müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə