“Bu yol hərbi çevrilişə aparır” - AÇIQLAMA

“Bu yol hərbi çevrilişə aparır” - AÇIQLAMA

“Ermənistan daxilində parlamentdə müxalifətlə iqtidar arasında ciddi böhran hökm sürür, müxalifət mandatdan imtina edir. Bu da növbəti mərhələdə Ermənistanda parlament böhranına gətirib çıxara bilər”. Bunu politoloq Məhəmməd Əsədullazadə SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan Baş Qərargah rəisinin, “Qarabağ klanı”nın nümayəndəsinin də gətirilməsini Ermənistanın siyasi daxilində anlaşılmazlıq kimi də qiymətləndirə bilərik: “Çünki “Qarabağ klanı” Nikol Paşinyana qarşıdır və onların nümayəndəsinin Baş Qərargah rəisi olan şəxsdə Paşinyanın istefasını tələb edənlərdən biri olub. Ona görə də, düşünürəm ki, Ermənistanda daxili siyasi böhranın normallaşması istiqamətində hər hansı bir ciddi və müsbət irəliləyişlər olmayacaq. Müəyyən müddət bu böhranın Ermənistanda davam etməsi gözlənilir. Bu böhranda təbii ki, Ermənistan hakimiyyətinin Azərbaycanla bağlı normallaşma siyasətinə qarşı daxili etirazların baş verməsi ilə nəticələnir. Burada ümumi bir siyasi böhrana gətirib çıxarır, amma buna baxmayaraq, Nikol Paşinyan təbii ki, hakimiyyətdən getməyəcək və növbəti seçkilərə qədər baş nazir postunda qalacaq. Təbii ki, Ermənistan hakimiyyəti çalışır ki, hakimiyyətinin yekdilliyini qoruyub saxlasın”.

Məhəmməd Əsədullazadə onu da bildirdi ki, “Qarabağ klanı”n təmsilçilərinin parlamentdə olması və həmin müxalifətin iki ay ərzində etirazlar aksiyaları keçirməsi, hakimiyyəti istefaya çağırması indi onların bir necəsinin mandatdan məhrum edilməsi istiqamətində hüquqi prosedurun başlanması təbii ki, Ermənistan siyasi mühitində ciddi siyasi böhran deməkdir: “Amma baş verənlər siyasi xaosa, hərbi çevrilişin baş verməsinə də gətirib çıxara bilər. Göründüyü kimi, Nikol Paşinyanın hələ də Ermənistanda siyasi proseslərə tam nəzarət etmədiyini göstərir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə