Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndələri Ermənistan qoşunlarının Qarabağdan çıxarılması ilə bağlı Azərbaycana verdikləri vədləri yerinə yetirməyiblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Lenta.ru” “İnterfaks Azərbaycan” Teleqram kanalına istinadən xəbər verir.
“Bir neçə ay əvvəl Rusiya Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri Azərbaycanda olarkən Müdafiə Nazirliyimizə söz vermişdilər ki, Ermənistan hərbçiləri iyun ayına qədər Qarabağı tərk edəcəklər. Bu gün artıq iyulun ortasıdır, lakin bu məsələ həllini tapmayıb”, - Əliyev bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan uduzan və təslim aktına imza atan tərəf kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. O vurğulayıb ki, Rusiya sülhməramlıları Ermənistanı öz qoşunlarını Qarabağdan çıxarmağa məcbur etmir və bu, Bakı üçün “qəbuledilməzdir”.
“Əgər Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq istəmirsə, qoy bunu açıq desinlər. Cavabımız nə olacaq? Yəqin ki, indi bu haqda danışmaq yersizdir”, - Əliyev bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB