"Ermənistanın mina xəritələrinin verilməməsinin səbəbi bizə qarşı olan düşmənçiliyidir" - POLİTOLOQ AÇIQLADI
"Ermənistanın mina xəritələrinin verilməməsinin səbəbi bizə qarşı olan düşmənçiliyidir. Onlar minalanmış ərazilərin xəritələrini verməyə məcburdurlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, bu, beynəlxalq hüququn norma və tələbləridir: "Bildiyimiz kimi onlar minalanmış ərazilərin xəritələrini verməklə öz əsirlərini ger ala bilmişdilər. Həmin xəritələrin də cəmi 25%-i düz çıxmışdı. Prezident İlham Əliyev bununla bağlı bir neçə dəfə məsələ qaldırıb. May ayının 20-də Brüsseldə üçtərəfli görüş zamanı Prezident bu məsələni bir daha gündəmə gətirmişdi. Ancaq təəssüf ki, bu günə qədər Ermənistan tərəfi mina xəritələrini bizə verməyib. Ümumilikdə bu barədə Prezident İlham Əliyev iyulun 4-də ABŞ Prezidenti Co Baydenə ünvanladığı məktubda bir daha bildirib ki, minalanmış ərazilərin minalardan təmizlənmə prosesinin uğurla davam etdiyini və bunu Azərbaycanın öz gücünə etdiyini, ABŞ-ın etdiyi köməkliklərə görə öz təşəkkürünü bildirdi. Mina xəritələrinin verilməsini və 4 mindən artıq soydaşımız barədə məlumatın verilməsi haqqında Ermənistana təsir göstərməsini bildirmişdi. Eynilə həmin məzmunda bu günlərdə Fransanın milli bayramı günündə Makrona yazdığı məktubda Prezident qeyd etdi ki, Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyidir. Bu illər ərzində Fransa ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Ancaq bildiyimiz kimi 44 günlük müharibədən sonra mina xəritələri tam olaraq bizə verilməyib. Prezident məktubda bu barədə bizə dəstək olmağı arzu etdiyini bildirmişdi. Görünən odur ki, Ermənistan həmişə ki kimi yenə də revanşist qüvvələrə bel bağlayır. Hesab edirəm ki, biz apardığımız düzgün siyasət nəticəsində öz ərazilərimizi minadan təmizləyəcəyik".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB