"İşğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işləri sürətlə davam etməkdədir. Sevindirici hal ondan ibarətdir ki, artıq bəzi rayonlarımızda vətəndaşlarımızın köçürülməsi üçün lazımi şərait və infrastruktur formalaşdırılmışdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti azad olmuş rayonları xüsusi bir texnologiya ilə “smart city” və “smart village” konsepsiyası ilə yenidən qurur və bu olduqca innovativ bir yanaşmadır: "Biz bu yananaşma nümunəsini Zəngilan rayonunun birinci Ağalı kəndində görə bildik. Ağalı kəndi ən müasir standartlara uyğun olaraq abadlaşdırılıb, orada ən müasir texnologiyalardan istifadə olunur. Ağalı kəndinin timsalında bütün Qarabağımızın gələcəyini görə bilirik. Yəni Azərbaycan Qarabağın gələcək inkişafını ağıllı şəhər, ağıllı kənd konsepsiyaları əsasında formalaşdırmaqdadır. Bu çox böyük, qürurverici haldır. Azərbaycan dövləti çox qısa bir müddət ərzində həm torpaqlarımızın minalardan təmizlənməsi işini layiqincə həyata keçirir, həm də abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə nail olur. Azərbaycan öz imkanları hesabına bu işləri reallaşdırır. Təbii ki, bu da bizim gücümüzü bütün dünyaya nümayiş etdirir. Əminəm ki, ən qısa zamanda vətəndaşlarımızın Qarabağa qayıdışı ilə bağlı daha genişmiqyaslı addımlar atılacaq. Əhalinin hissə-hissə azad olunmuş ərazilərə köçürülməsi təmin ediləcək. Bundan sonra qarşımızda duran hədəflərə çatacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB