"Tovuz təxribatlarının qarşısını alaraq qələbəmizi formalaşdırdıq" - DEPUTAT ŞƏRH ETDİ
"Tovuz döyüşlərindən artıq iki il keçir. Tovuz döyüşləri bir daha sübut etdi ki, Ermənistan münaqişənin dinc tənzimlənməsi istiqamətində hər hansı bir addım atmaq fikrindən çox uzaqdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, əgər, əvvəllər ermənilər işğal altında saxladıqları ərazilərdən təxribatlar törədirdilərsə, Azərbaycanın mövqelərinə hücumlar təşkil edirdilərsə, artıq Tovuz istiqamətində Ermənistan tərəfi sərhədboyu təxribat törətməyə başladı: "2019-cu ildə Ermənistanın müdafiə naziri yeni ərazilər üçün yeni müharibə ifadəsini işlətmişdi. Yəni Ermənistan hələ Azərbaycanın yeni torpaqlarını işğal etmək xülyasına düşmüşdü. Amma Azərbaycan tərəfi Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistan tərəfi bundan sonrakı proseslərdə də nümayiş etdirdi ki, görüntü xarakterli danışıqları aparmaq niyyətində deyil. Azərbaycan Prezidenti İlham Əliyev vurğulamışdı ki, Azərbaycan nəticəsiz, mənasız danışıqları sonsuza qədər davam etdirməyəcək, Azərbaycan öz hərbi gücü ilə torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Həqiqətən də Tovuz döyüşlərindən sonrakı proseslər bir daha sübut etdi ki, Azərbaycan sadəcə beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirərək Ermənistan ilə danışıqlar aparıb. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Tovuz təxribatlarının qarşısını alaraq gələcəkdəki qələbəsini formalaşdırdı. 2020-ci il 27 sentyabr tarixində toprpaqlarımızı işğaldan azad etməklə Azərbaycan ordusunun gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdik".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB