"Tovuz hadisələrini qələbənin başlanğıcı kimi adlandırmaq olar" - HƏRBİ EKSPERT AÇIQLADI
"Tovuz hadisələrini Azərbaycan dövlətinin qələbəsinin başlanğıcı kimi adlandırmaq olar. Ona görə ki, düşmənin Tovuz təxribatı Azərbaycanın öz torpaqlarının güc yolu ilə geri alacağını göstərdi". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.
Onun sözlərinə görə, düşmənin kobud şəkildə atəşkəsi pozması, heç bir qaydaya əməl etməməsi onların necə bir dövlət olmasından xəbər verir: "Bunlar hamısı onu göstərir ki, düşmən hər an təxribat törədə bilər. Tovuz bizim üçün strateji istiqamət daşıyan istiqamətdir. İstər logistik yollar, istərsə də enerji kəmərləri Tovuza çox yaxın məsafədən irəliləyir. Ermənistanla olan məsafələrə nəzər alsaq Tovuz Ermənistana daha yaxın olan bölgədir. Düşmən də həmin ərazilərdəki yüksəkliklərə hakim olmaq istədi. Amma bizim ordumuz buna icazə vermədi. Azərbaycan ordusu Tovuz döyüşlərində düşmənə layiqli cavabı verdilər. Düşmənin niyyətinin həyata keçməsinə aman vermədilər. Əlbəttə iri çaplı silahlar və artilleriyalı təxribatın qarşısını alarkən itkilərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Başda general Polad Həşimov olmaqla bir qrup zabitimiz şəhidlik zirvəsinə ucaldı. Yerində verilən tapşırıqlar və digər tədbirlər nəticəsində Azərbaycan ordusu düşmənə layiqli cavab verdi. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev geosiyasi arenada hədəfləri müəyyənləşdirərək həmin hədəfləri dəf etmək üçün böyük səylər göstərdi. Nəticədə Azərbaycan 44 günlük müharibədən sonra qələbə çaldı. Qardaş ölkə olan Türkiyə bu hadisələr zamanı Azərbaycanın yanında oldu.
Tovuz hadisələrindən sonra Azərbaycan ordusu əks hücuma keçərək qısa bir zaman ərzində 30 il işğal altında qalmış torpaqlarımızı işğaldan azad etdi. Biz bu qələbəni Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə borcluyuq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB