"Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir" - POLİTOLOQ AÇIQLADI
"Ermənistanın vaxtaşırı dövlət sərhədində təxribatları davam edir. Bu təxribatları törədənlər əsasən ordu içərisində 5-ci kolonun qüvvələridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Paşinyan da təbii ki, müəyyən manevrlər edir və Brüsseldə aparılan danışıqlardan, razılıqlardan yayınır: "Ona görə də onlar ordu içərisindəki və dövlət daxilində olan problemləri Azərbaycan ilə kökləyirlər. Bu səbəbdən Azərbaycan ilə Ermənistan arasındakı danışıqlar prosesi müsbət nəticələnmir. Hesab edirəm ki, Ermənistan tərəfindən törədilən təxribatlar müəyyən mənada davam edəcək. İlk növbədə dövlət başçılarının yenidən görüşməsi lazımdır. Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirməlidir. Amma bu günə qədər Ermənistan tərəfindən hər hansı bir addım görməmişik. Davam edən proses Ermənistanın əleyhinə işləyir. Paşinyan əgər, ordu içərisində təxribatları neytrallaşdırsa, Azərbaycan ilə sülhə nail ola bilər”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB