"Bütün bunlar Heydər Əliyevin uzaqgörənliyinin bariz nümunəsidir" - DEPUTAT ŞƏRH ETDİ
"14 iyul 1969-cu il müstəqil və əzəmətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün kimi tarixə düşüb. Çoxəsrlik dövlət tarixində Ümummilli Lider Heydər Əliyevin müstəsna yeri və rolu var. 1969-cu il 14 iyul tarixi xalqımızın taleyində oynadığı misilsiz rol ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsidir. Dünyada şöhrəti, adı ilə tanınan siyasi xadim Ümummilli Lider həmin tarixdə ölkəmizdə rəhbərliyə gəlir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, bu vaxta qədər Azərbaycan SSRİ-nin tərkibində daha çox rentabelsiz respublika kimi tanınırdı: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və uğurlu siyasəti Azərbaycanı bütün sahələrdə inkişaf yoluna çıxartdı. Azərbaycan qısa vaxt ərzində o dövrdəki Rusiya, Ukrayna və Belarusiyadan sonra ən yuxarı yerlərdən birini qazandı. Bütün bunlar üçün uzaqgörən siyasət, gərgin əmək, xalqını sevmək, mükəmməl zəka lazım idi və bunların hər biri Heydər Əliyevin şəxsində formalaşmışdı.
1969-cu ildə Sovetlər Birliyinin ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43% çoxaldığı halda Azərbaycanda bu artım cəmi 29% olmuşdu. Baxmayaraq ki, həmin vaxtlarda ölkəmizin imkanları yetərincə idi. Ancaq təbii sərvətlərimizdən daha çox digər respublikaların inkişafı üçün istifadə olunurdu. Azərbaycan isə hər gün zəifləyirdi. Nəticədə ötən ilin 50-ci illərində SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçmişdi. Respublikada işçilərin sayı azalırdı. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda 1969-1985-ci illərdə 213 yeni iri sənaye müəssisəsi istifadəyə verildi. Dünyanın 65 ölkəsinə məhsul ixrac olunurdu. Həmin dövrlərdə milli gəlirimizin ümumi həcmi 2,5 dəfə artır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox gənc təhsil almağa göndərilir. Bütün bunların hər biri Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin bariz nümunəsi idi".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bugünkü inkişamızın bünövrəsi həmin illərdə qoyulmuş oldu: "1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialı, sənayeləşmə, kəndlərdəki inkişaf ümumilikdə bütün bunların hər biri milli liderimizin əməyinin nəticəsi idi. Artıq bugünkü müasir Azərbaycan və onun inkişafı barəsində duran məsələlər 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə başlanılır. 1982-ci ilə qədər bu inkişaf uğurla davam etdirilir. 1982-ci ildən sonra Heydər Əliyevin Moskvaya dəvət olunması bundan sonra ikinci dəfə müstəqil Azərbaycan tarixində Azərbaycan liderinin xalqın təkidi və tələbi ilə hakimiyyətə gəlməsi Azərbaycanı yenidən ağır bəlalardan qurtardı. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çoxvektorlu siyasətə keçir. Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edən bir ölkədir. Biz xoşbəxt xalqıq ki, Ümummilli Lider Heydər Əliyev kimi Azərbaycanın böyük oğlu olub. Heydər Əliyev və Azərbaycan ayrılmaz tandemdir. Düşünürəm ki, Azərbaycanı hələ gələcəkdə böyük qələbələr gözləyir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB