Növbəti qazi qrupu yüksək texnologiyalı 4-cü nəsil protezlərlə təmin olunub FOTOLAR
44 günlük Vətən müharibəsində iştirak edərək ağır yaralanan qazilərin növbəti qrupu 4-cü nəsil yüksək texnologiyalı protezlərlə təmin olunublar. Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında verdiyi tapşırığına əsasən müharibə əlilləri yüksək texnologiyalı protezlərlə təmin edilməkdədirlər.
SİA xəbər verir ki, ötən müddət ərzində isə 324 müharibə veteranı 338 yüksək texnologiyalı 4-cü nəsil protezləri ilə təmin olunub. Onlardan 124 nəfəri – Birinci Qarabağ müharibəsində iştirak etmiş, eləcə də orduda xidmət zamanı əlillik dərəcəsi almış şəxslərdir. Onlar 128 protezlə, 200 nəfəri isə 44 günlük Vətən müharibəsində yaralanmış şəxslərdir ki, onlar da 210 protezlə təmin ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB