"Payıza qədər müharibənin davam edəcəyi gözlənilir” - POLİTOLOQ AÇIQLADI
“Hazırda məsələ biraz qəlizdir. Ukrayna tərəfi böyük səfərbərliklə hücuma keçib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, Ukrayna işğal altında olan ərazilərini geri almaq istəyir: “Rusiya- Ukrayna mühariəsinin yekun vəziyyətinə nəzər salsaq deyə bilərik ki, Ukrayna Donbas ərazilərindəki torpaqları geri qaytarmaq niyyətindədir. Qərbdən gələn məlumatlara görə, Rusiya da irəliləməyə davam edir. Xüsusən növbəti həftələrdə Donetsk ərasində bir neçə qəsəbəsinin ələ keçirəcəyi gözlənilir.
Ukrayna mətbuatının verdiyi açqlamalar bölgədə baş verən hadisələrlə üst-üstə düşmür. İngiltərə Müdafiə Nazirliyinin verdiyi son açıqlamaya görə Rusiya ordusu irəliləyir. Fikrimcə, qarşıdakı dönəmdə, yəni payıza yaxın bir zamanda yekun, həlledici döyüş ola bilər. Həm Rusiya üçün, həm Ukrayna üçün əsas həlledici döyüş Dombasda baş verəcək.
Rusiyanın hədəfi Dombası tam ələ keçirməkdir. Ukrayna tərəfinin əsas hədəfi payıza qədər müharibəni uzatmaqdır. Ukrayna müqavimət göstərməyə davam edir. Enerji böhranının daha da dərinləşməsi, o cümlədən taxıl böhranı Ukraynanı çıxılmaz vəziyyətə salır. Hələ ki, danışıqların olacağı gözlənilmir. Payıza qədər müharibənin davam edəcəyi gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB