"Rusiya müharibədə ciddi uğurlara nail olsa,.." - PARTİYA SƏDRİ AÇIQLADI

"Rusiya müharibədə ciddi uğurlara nail olsa,.." - PARTİYA SƏDRİ AÇIQLADI

"Rusiya-Ukrayna müharibəsində qısamüddətli fasilə yaranıb. Rusiya son uğurlu əməliyyatlarından sonra əsgərlərə dincəlmək imkanı verib". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu əks-hücuma hazırlaşır: "Bunu həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də digər rəsmi şəxslər açıq şəkildə bəyan edirlər. Hərçənd ki, bu cür əks-hücum əməliyyatları əvvəlcədən elan olunmamalı və müharibə edən tərəf gözlənilməzlik amilindən istifadə etməyə çalışmalıdır. Yaxın günlərdə Ukrayna cəbhəsində ağır döyüşlər gözlənilir. Bu döyüşlərin nəticəsi sülh danışıqlarının nə zaman başlayacağını və necə keçəcəyini müəyyən edəcək.

Ukrayna ciddi uğura nail olsa, əks-hücuma keçərək torpaqlarının böyük hissəsini qaytara bilsə, Rusiya sülh danışıqlarına getmək məcburiyyətində qalacaq. Rusiya irəli gedə bilsə, ciddi uğurlara nail olsa, Ukrayna Rusiyanın ağır şərtlərini qəbul etmək məcburiyyətində qalacaq. Hər şey yaxın günlərdə başlayacaq hərbi əməliyyatların gedişatından asılıdır. Bütövlükdə müharibənin ilin sonuna qədər davcam etmək ehtimalı var. Bu şübhəsiz ki, hər iki tərəfi həm hərbi, həm də iqtisadi baxımdan ciddi şəkildə gücdən salır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə