Qurban bayramı ərəfəsində şəhid ailələri ziyarət olundu FOTOLAR

Qurban bayramı ərəfəsində şəhid ailələri ziyarət olundu FOTOLAR

YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev və Zərdab rayon prokuroru Zaur Əliyev bayram münasibəti ilə 44 günlük Vətən müharibəmizdə canlarından keçmiş Zərdab rayon şəhidlərinin ailələrini ziyarət edib, onları müqəddəs bayram münasibəti ilə təbrik etdilər. Hər iki orqanın əməkdaşlarının da iştirak etdiyi bayram ziyarətində torpaqlarımızın yağı düşməndən qorunması və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başladılan əks hücum əməliyatının uğurlu nəticəsi olaraq 30 illik həsrətimizə son qoyuldu, igid oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz təmin olundu. Vətən uğrunda apardığımız haqq mübarizəmizdə canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər birimizin borcudur. Şəhid ailələri də öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Ziyarətçilər tərəfindən hazırlanmış bayram sovqatları şəhid ailələrinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə