"Türkiyənin bərpa-quruculuq işlərində də rolu çox böyükdür” - XİN RƏSMİSİ

“Bu gün Azərbaycan-Türkiyə münasibətləri iki qardaş ölkə arasında strateji müttəfiqlik xətti ilə inkişaf edir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xarici İşlər Nazirliyi ilə ADA universitetinin birgə həyata keçirdiyi “Müharibədən Sonrakı Dövrdə Azərbaycanın Sülh və Yaradıcılıq Təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində "Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib.

Onun sözlərinə görə, dövlət başçılarının da dediyi kimi, bu münasibətlərin dünyada nümunəsi yoxdur: “Bu strateji münasibətlərin gələcəkdə daha da yüksək zirvələrə çatdırılması istiqamətində səy göstərəcəyik və səyimizi əsirgəməyəcəyik. Türkiyə Azərbaycana bu günə qədər ən böyük siyasi dəstəyi göstərmiş qardaş dövlətdir. Türkiyənin azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də rolu çox böyükdür”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...