Azərbaycanın istər imperiya zamanı, istər müstəqillik dövründə, ümumiyyətlə ölkəmizin son 200 illik tarixində Prezident İlham Heydər oğlu Əliyev mümkün olmayanı, bütün sərkərdələrin,ölkə başçılarının cəhd edərək, bütün gücü ilə səy göstərdiyi lakin həyata keçirə bilmədiyini, mümkün etdi və həyata keçirdi .Doğrudan da irsən insanda müşahidə olunanlar,onun kamilliyinə, mərdliyinə və qətiyyətli olmasına birbaşa öz böyük təsirini göstərən amillərdəndir. Məhs liderlik isə irsi faktırlarla yanaşı,ali tərbiyənin,təhsilin, mədəniyyətin və uzun müddət öz üzərində çalışmanın,əziyyətin nəticəsi və səbəbidir. Açıq göründüyü kimi bütün dünya ölkələri rəhbərləri ilə müqayisədə, Prezident İlham Əliyev öz əsas vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan böyük məsuliyyətlə bunu tələb edir. Bu da onun xüsusi və digər rəhbərlərdən müsbət fərqidir. Mən deyərdim ki, prezident İlham Əliyevin uğurla yürütdüyü həm daxili, həmdə xarici siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun qayğıları dayanır. Onun Azərbaycan xalqının taleyinə görə məsuliyyət daşıması, üzərinə hələ gənc yaşlarındaykən düşmüş ağır və şərəfli vəzifənin öhdəsindən qədirbilən xalqına arxalanaraq, ağlı və zəkası, yüksək təhsili və qətiyyəti buna bariz nümunədir. Xatırlatmaq istəyirəm ki, möhtərəm Prezident İlham Əliyev ilk dəfə Prezident seçiləndə 42 yaşı vardı. Müasir dünya tarixinə nəzər yetirsək, bu yaşda dövlət başçısına nadir hallarda rast gələrik. Əminliklə qeyd edirəm ki, bu hala əgər rast gəlinərsə, həmin yaşda bu cür siyasi iradə və təcrübə dünyanın heç-bir rəhbərində, Prezidentin də müşahidə oluna bilməz. Mən qürurla bildirirəm ki, partiyamızın sədri, möhtərəm prezident İlham Əliyev bütün bu illər ərzində zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu missiyanın öhdəsindən heyrətamiz dərəcədə uğurla gəldi. Düşünürəm ki, İlham Əliyevin həyatını bir xarizma, fitri və siyasi liderlik istedadı hesab etmək olar. Üstəlik cənab Prezident, ulu öndər Heydər Əliyev məktəbi keçib, siyasi baxışları bu məktəbdə formalaşmışdır. O, idarəetməni dahi siyasi xadim,müasir müstəqil dövlətimizin banisi, xalqımızın xilaskarı ümummilli lider Heydər Əliyevdən öyrənmiş və əxz etmişdir. Ümumiyyətlə siyasətdə varislik prinsipi Prezident İlham Əliyevin bir çox çıxışlarında qeyd olunmuşdur. Elə prezident İlham Əliyevi də dünya liderlərindən fərqləndirən ən üstün cəhət xalqla daim təmasda,ünsiyyətdə olmasıdır. Mən diqqətinizi, cənab Prezidentin müsahibələrindən birində dediklərinə çəkmək istəyirəm. O, deyir: “Bu canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”. Beləliklə zamanın çağırışı və xalqımızın yenidən öz müdrik seçimi ilə, düz 18 il əvvəl qədirbilən xalqımız növbəti dəfə müdrik seçim etdi, gələcək taleyini Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi İlham Əliyevə etibar etdi. Beləliklə də bu seçim Heydər Əliyev siyasi kursunun uğuru ilə yanaşı, onun siyasi varisinə inam və etimaddan qaynaqlanırdı.

Ölkə başçısı İlham Heydər oğlu Əliyevin Azərbaycana rəhbərlik etdiyi Prezidentlik dövrünü necə səciyyələndirərdin sualına bir cümlə ilə belə cavab verərdim. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində,nəinki bölgədə, dünyanın heç bir yerində Azərbaycan qədər inkişaf edən ikinci bir ölkə olmayıb. Bu istər ölkədə iqtisadi, xalqın sosial rifah halının yaxşılaşması baxımından və ya siyasi idarəçilik sisteminin təkmilləşdirilməsi və struktur islahatlarının uğurla aparılması baxımından olsun, fərqi yoxdur. Bu illər ərzində müstəqil Azərbaycanın modernləşərək, inkişaf edərək yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu müşahidə edirik. Müasir ölkəmizin həyatının bütün sahələri yenilənərək tanınmaz dərəcədə dəyişmişdir. Bu proqres xalqımızın rifah halının davamlı olaraq yüksəlməsi, mövcud problemlərin böyük qisminin həlli ilə müşayiət olunmasına səbəb olmuşdur. Belə ki, göz önündə baş verən misilsiz inkişaf yalnız zəngin təbii sərvətlər olan neft, qaz, bərəkətli torpaqlar hesabınamı mümkün olub? Qətiyyən yox, təbi sərvət olan nefti və qazı Azərbaycandan qat-qat çox olan ölkələr var ki, bu gün səfalət və rəzillik içərisində yaşayırlar, xaos və münaqişələr girdabında boğulurlar. Əminliklə qeyd edirəm ki, burda söhbət, ilk növbədə liderin həlledici rolundan gedir. Və fəxrlə yazıram ki, praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli, ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik, humanistlik və qətiyyət, bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Müstəqil və müasir ölkəmizin inkişafı, istər xaricdə, istərsə də daxildə milli maraqlarımızın yüksək səviyyədə qorunması və təmin olunması dövlətimizin başçısı İlham Əliyevin ali keyfiyyətləri sayəsində mümkün olmuşdur. O, daima Azərbaycanımızı zamanın çağırışına məharətlə uyğunlaşdıra bilmişdir. Prezident İlham Əliyev yürütdüyü siyasəti və öz əsas vəzifəsinin icrasını xalqına sədaqətlə xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir. Onun yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları dayanır. Elə buna görə də xalq öz liderinə bütün zamanlarda böyük dəstək göstərib, göstərir və bundan sonrada göstərəcəkdir.

Xatirinizdədirsə, möhtərəm İlham Əliyev Prezident seçildiyi ilk gündən ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirəcəyinə söz vermişdi. O,deyirdi,"mən hər bir vətəndaşın Prezidenti olacağam". Bu gün artıq qürurla demək olar ki, Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb. Güclü,sözün hər mənasında,müstəqil, günü -gündən inkişaf edən,müasirləşən Azərbaycan İlham Əliyevin əsəridir. Son 18 ildə biz möhtərəm Prezidentimizin bir çox beynəlxalq tribunalarda cəsarətli, dərin məntiqə söykənən çıxışlarının canlı şahidi olmuşuq. Daima prezident İlham Əliyev dünyada, beynəlxalq arenada və müxtəlif tribunalarda ikili standartları çəkinmədən tənqid edir,milli maraqları qətiyyətlə qoruduğunu müşahidə edirik.Cənab Prezidentin qətiyyətinin və iradəsinin nəticəsidir ki, ən ağır, çətin sitiuasiyalarda belə Azərbaycan heç kimin qarşısında baş əymir, sözünü cəsarətlə və açıq deyir. Zamanında və yerində deyilən söz, əlbəttə daha kəsərli, daha təsirli olur. Çox da uzağa getmədən son illər baş verən iki hadisəni nəzərinizə çatdırmaq istəyirəm. Əvvəla bütün dünyanı və dünyanın super, inkişaf etmiş ölkələrinin iqtisadiyyatını çökərtmiş, onları acınacaqlı vəziyyətə salmış, görünmə yən təhlikəli düşmən COVİD-19 virusuna qarşı, vaksin bölüşdürülməsinin, onun təminatının ədalətli bölgüsü barədə Dünya Səhiyyəsinin ÜST adlanan Qurumu rəhbərliyinə etdiyi çağrışını və bu çağırışdan sonra ölkəmizin bu vaksinlə tam təmin olunmasını qeyd etmək istəyirəm. Həmin vaxtı, ölkəmizdə COVİD-19 virusunun yaratdığı problemlərlə yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi üçün, bərabər olaraq müharibə gedirdi. Həmin ağır vaxtlarda,ölkə rəhbəri, prezident İlham Əliyev buna zaman ayırdı, qətiyyətlə 44 günlük Vətən müharibəsi zamanı, vaksin üçün ÜST-ə müraciyət etdi və kifayət qədər Azərbaycan vaksinlə təmin olundu.Şübhəsiz ki, bu ölkə rəhbərinin qətiyyəti və siyasi iradəsinin nəticəsi idi. Virusun bu günədək həm bölgədə,həmdə bütün dünyada törətdiyi fəsadlar davam edir, gənc və yaşlı insanlar ölür iqtisadiyyat çökür. Lakin prezident İlham Əliyevin yürütdüyü operativ siyasətlə xalqımız və dövlətimiz COVİD-19 bəlasından qurtardı, ölkəmizdə yoluxma və ölüm statistikası bu gün artıq sıfıra bərabərdir. Bir-neçə cümlə ilə Vətən müharibəsində müşahidələrimlə qeyd etmək istəyirəm.

İşğalçı ölkə olan Ermənistanın baş naziri Paşinyan Dağlıq Qarabağın mənsubiyyəti, müstəqilliyi ilə bağlı sərsəm fikirlər səsləndirirdi. Qətiyyətli Ali Baş Komandanımız İlham Əliyev ona cavab verməyə tələsmirdi, bunun üçün münasib vaxtı və məqamı gözləyirdi. Nəhayət, belə bir məqam gəldi çatdı. Prezident İlham Əliyev sözünü Rusiyada, “Valday” klubunun tribunasından dedi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Böyük,mötəbər tribunada və canlı efirdə deyilən bu sözü bütün dünya eşitdi. Hamıya bir daha agah oldu ki, Qarabağ Azərbaycanındır və ayrılmaz tərkib hissəsidir. Bilirik ki, bu arxada yaşadığımız illər ərzində Azərbaycanın lideri münaqişə ilə bağlı daima haqlı mövqeyindən bir addım da geri çəkiləməmişdir. Nəhayət, möhtərəm Ali Baş Komandan Qəhraman Ordumuzla 2020-ci il sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsində ermənilərin və ümumilikdə bu qondarma dövlətə havadarlıq edən bütün dövlətlərin arxasını həm siyasət meydanında, həm də döyüş meydanında yerə vurdu. Artıq iki ilə yaxın vaxt keçib. Nə Ermənistan, nə də ki qeyri dövlət belə səsin çıxara bilmir. Sonda Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevaya xalqın istəyi ilə göstərdiyi etimadı, onun necə doğrultmasına toxunmaq istəyirəm. Müsahibələrinin birində cənab Prezident öz asudə vaxtını ailəsi ilə keçirdiyini, həyat üçün enerjini məhz ailəsindən aldığını vurğulamışdı. Prezident deyirdi; “Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdıram”. Bildiyimiz kimi prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uzun illərdir həyat yollarında birgə addımlayırlar. Birinci xanım, Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayan, yüksək intellektə malik və xeyirxah insan kimi xalqının böyük məhəbbətini, rəğbətini qazanmışdır. Birinci xanım uzun illərdir ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu mühüm proqramlar, bənzərsiz layihələri ilə ölkəmizin inkişafına qiymətli töhfələr vermişdir. Birinci vitse-prezident Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın silahdaşı və çiyin yoldaşıdır. Mehriban xanım ölkədə ağır seyyid nəslinin nümayəndəsidir və o, Ulu öndər Heydər Əliyev siyasi-kursunun sadiq davamçısıdır. Mehriban xanım ölkədə Birinci vitse-prezident kimi böyük işlər görür və üzərinə düşən missiyanın məsuliyyətini dərindən dərk edərək ölkə üçün taleyüklü məsələlərin həllində dövlətimizin başçısına çox böyük, yaxından dəstək verir. Birinci vitse-prezident Mehriban xanım hesab edir ki, dövlət qurumlarında çalışan hər kəs gündəlik fəaliyyətində insanpərvərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq kimi mənəvi dəyərləri uca tutmalıdır. Hesab edirəm ki, Prezident İlham Əliyev öz uğurlarını məhz həyat və çiyin yoldaşı Mehriban Əliyeva ilə birgə əldə etmişlər. Birinci vitse-prezident Mehriban xanım müstəqil və müasir Azərbaycan üçün bundan sonrada böyük işlər görəcəkdir və o, buna qadirdir! O, dövrümüzün dahi siyasi xadimi olan Ulu öndər Heydər Əliyevin və görkəmli alim Zərifə Əliyevanın əlindən su içmişdir, onların tərbiyəsini görmüşdür. Sonda bir daha qeyd edirəm ki, Prezident İlham Əliyevin ölkədə yürütdüyü sabit, dinamik inkişafa söykənmiş, xalqın sosial-rifah halının yaxşılaşmasına hesablanmış, lakin narahat bir regionda yerləşən Azərbaycanı bu gün təhlükəsizlik adasına, modernləşmiş və daima müasirləşən iqtisadiyyata, dünyada söz və nüfuz sahibinə çevirmişdir. Nəinki bölgədə,bütün dünyada alternativi olmayan balans siyasətinin sahibi isə Peşəkər Lider İlham Heydər oğlu Əliyevdir!

Vüqar Məmmədov

Yeni Azərbaycan Partiyası Saatlı rayon 15 saylı Ərazi İlk Partiya Təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə