“Rusiya mətbuatına erməni lobbisinin təsir imkanları çox genişdir” AÇIQLAMA
“Rusiya mətbuatına erməni lobbisinin təsir imkanlarının çox geniş olduğunu bilirik. Zaman-zaman Kremlin dövlət siyasətinin ziddinə bu mətbuat orqanlarında Azərbaycan əleyhinə geniş materialların dərc edilməsinin şahidi oluruq. Sonuncu dəfə "RİA Novosti" agentliyində rusiyalı hərbçilərinin nəzarətində olan Azərbaycan ərazilərində varlığını sürdürməyə çalışan qondarma separatçı rejim nümayəndəsinin ölkəmiz əleyhinə çox geniş müsahibəsinin dərci ətrafında yaşananlar buna nümunədir”. “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti bu cür olaylara hər zaman kəskin reaksiya verib: “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı imzalanan müqavilədən sonra Rusiya mətbuatında ölkəmiz əleyhinə bu tipli təxribat mahiyyəti daşıyan informasiyaların sayının kəskin azalacağına ümid etsək də, görünən odur ki, hələ də bu sahədə ciddi çatışmazlıqlar var. O da sirr deyil ki, bu mətbuat orqanlarının arxasında daha çox Kremldə Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaşanmasını istəyən, erməni lobbisi tərəfindən maliyyələşdirilən siyasi qüvvələr dayanır. Bu səbəbdən, dövlət olaraq sözügedən məsələ ilə bağlı lazımi ölçülərin götürülməsi davam etdirilməli, bu cür yayım orqanlarının Azərbaycanda fəaliyyəti, informasiya məkanımıza çıxış imkanları məhdudlaşdırılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB