YAP Cəbrayıl rayon təşkilatının əməkdaşları şəhid Məhəmməd Rüstəmovun anım mərasimində iştirak etmişlər FOTOLAR
Cəbrayıl rayon Şükürbəyli kənd sakini, 1-ci Qarabağ müharibəsinin Şəhidi Rüstəmov Məhəmməd Xasay oğlunun Bakı şəhəri, Yasamal rayonu, Xurşudbanu Natəvan adına kitabxanada, anım mərasimi keçirilmişdir. Anım mərasimində YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Cəbrayıl rayon icra hakimiyyəti aparatının hüquq şöbəsinin müdiri Orxan Məmmədov, Milli Məclisin üzvü Rəşad Quliyev, Az. QMƏVŞAİB-nin Cəbrayıl rayon filialınım sədri Səbuhi Hüseynov və Cəmiyyətin üzvləri, kitabxana müdiriyyəti, Cəbrayıl Tarix diyarşünaslıq muzeyinin direktoru Aytən xanım və muzeyin əməkdaşı, şəhid anası Səkinə xanım, şəhidin ailə üzvləri, doğmaları və döyüş yoldaşları iştirak etmişlər. Tədbirdə Cəbrayıl Uşaq Musiqi məktəbinin və Mehdi Mehdizadə adına Cəbrayıl tam orta məktəbin əməkdaşları və şagirdləri, musiqili, bədii kompozisiya ilə çıxış etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB