Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı başa çatıb

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı başa çatıb

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı başa çatıb.

SİA-nın məlumatına görə, bağlanış nitqi ilə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova çıxış edib.

O, konfrans iştirakçılarına təşəkkürlərini çatdırıb.

Tədbir iştirakçıları sabah – iyulun 2-də Şuşa şəhərinə səfər edəcək. Onlar şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak ediblər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrləri də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə